adalet.az header logo
  • Bakı -°C
16 Sentyabr 2026 10:29
35
MARAQLI
A- A+

Nədən bizim televiziyalarda ingilis və rus dillərində...

“Mir Şahin Ağayev yazır: "Erməni mənbələri daha çox bloqer paylaşımlarını tirajlayırlar. Etiraf edək ki, ABŞ-ın, Fransanın Azərbaycandakı təmsilçilərini, elə Hindistanın səfirini və yalançı “tarix məxəzini” də ustalıqla işıq üzünə çıxarmağı Kamran Razmovar kimi bloqer bacardı".Ustad jurnalistin "TV uduza bilməz! Uduzmağa haqqımız yoxdur" fikri ilə razılaşmamaq olmur”. 

Adalet.az xəbər verir ki, bunu sabiq millət vəkili Etibar Əliyev deyib. 

“Azərbaycan televizyaları Azərbaycan vətəndaşlarına uduzub. Səbəb-nəticə əlaqələri bəllidir. Nədən bizim televiziyalarda ingilis və rus dillərində elmi-populyar, siyasi verilişlər yoxdur? Ölkədə bu dilləri bilən kifayət qədər savadlı adamlar var. Diplomatların Qarabağa səfərinin təhlili və bundan əndişələnən erməni revanşistərinə cavablar televiziyalar vasitəsilə (iki dildə) verilsəydi ermənilər daha çox narahat olardılar. Narsisizm xəstəliyi bizi yaman günə qoyub.Yaxşı yadımdadır. 1988-ci ildə Akademik Ziya Bünyadovun Elmlər Akademiyasının "Elm" qəzetində dərc olunmuş "Poçemu Sumqait?" məqaləsi bütün Ermənistanı çalxalamışdı. 5-6 erməni akademiki Ziya Bünyadova cavab verməyə cəhd göztərmişdilər, lakin alınmamışdı. Ziya müəllim ermənilərin tarixi keçmişdə bizə qarşı yazdıqları saxta, yalançı tarixlərini ifşa etmişdi. O vaxtlar yalnız qəzet və ağ-qara televizor var idi. İnformasiya "müharibə"si bu iki məkanda tüğyan edir və çox sürətlə yayılırdı. Bizim alimlərimiz sosial şəbəkələrdən didərgin düşüb. Bu alternativ məkan (televiziyalarda onlara yer verilmir) elmsiz adamların əlinə düşüb. Narsisizm xəstəliyi bizi yaman günə qoyub…Ancaq incimək, küsmək vaxtı deyil. Zəfərimizi substansionallığını var gücümüzlə qorumalıyıq. Bu Zəfər bizə ağrılarla, böyük itkilərlə başa gəlib. Bu Zəfər hər bir fərdi ümidsizlik sindromundan xilas edib. İşğaldan azad olunmuş torpaqlarımıza köçən, təhsil alan, işləyən, hərbi xidmət keçən hər bir şəxs, həm də mənəm. Mən oradayam”, - deyə o, bildirib.

Vasif ƏLİHÜSEYN