“Amerikalılar ingilis dilini heç kimə sırımırlar”
“Başqa ölkələrdən ingiliscə məktəblər açmağı tələb etmirlər.İngilis dilini ikinci dövlət dili elan edilməsi üçün təzyiq göstərmirlər.Nə edirlər əvəzində? Səssizcə elmlə məşğul olur, texnologiyaları inkişaf etdirir, Qalaktikamızın sərhədlərini aşaraq Kainatın sirlərini çözürlər”.
Adalet.az xəbər verir ki, bunu Türkiyədə yaşayan məşhur jurnalist İbrahim Nəbioğlu deyib.
“Gözəl filmlər çəkir, ingilis dilində tiraj rekordları qıran elmi, bədii kitablar yazırlar. Nəticədə nə baş verir?Bütün Dünya bu dili öyrənməyə çalışır. Həm də üstünə top-tüfəng yeridilmədən. Ehtiyacdan öyrənirlər bu dili. Biz nə edirik? Uşağım rusca danışsın deyə onu 11 il məktəbə göndəririk. Get, oxuma, təkcə “привет, до свидания” öyrən, yetər. Nə də olsa 150 balla universitetə girəcəksən… Dünya isə Elmin, Texnolojinin, Gələcəyin dilini öyrədir övladlarına. Amma Ana dilində 7 il oxuyandan sonra. Çünki Yaxşı Gələcək qurmaq üçün xəyal qurmalıdır uşaq.Uşaqlar isə xəyalları Ana dilində qurarlar”, - deyə o, bildirib.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
08 Oktyabr 2026 09:21
İt vergisindən 430 milyon qazanıblar
08 Oktyabr 2026 09:12
Zaman artıq nüvə ilə ölçüləcək - Yeni saat növü yaradıldı
07 Oktyabr 2026 09:30
Yataraq 2 milyon qazandı
07 Oktyabr 2026 07:48
Evliliyin sonunu toy günündəcə xəbər verən 8 əlamət
06 Oktyabr 2026 08:51
Xəzər dənizinə necə düşüb? - Qeyri-adi tapıntı mütəxəssisləri çaşdırdı
06 Oktyabr 2026 07:44
Günün hadisələri yuxularda necə əks olunur - Araşdırma
06 Oktyabr 2026 07:43
Qabıqlı qozun kiflənmə və acılaşmasının qarşısını alan 4 addım
06 Oktyabr 2026 07:42


Bakı -°C

