adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

... "BU, ELŞAD SƏFƏRLİDİR"

ƏBÜLFƏT MƏDƏTOĞLU
31256 | 2013-01-10 11:18

Bugün Azərbaycanın oxucu camiyəsində kifayət qədər özünü tanıtmış, öz yerinimüəyyənləşdirmək gücünü ortaya qoymuş imza sahibləri var. Doğrudur, oxucuhəmişə təzə imza, təzə söz sorağında olur. Bu da zamanla, inkişafla, xüsusiolaraq ədəbiyyata yönəlik baxışlarla əlaqəlidir. Yəni oxucu geniş informasiyaşəbəkələrinə malik olduğundan indi bir kitabın, bir şairin, bir imzanın, birədəbi mühitin içərisində yatıb qalmır. Ona gələn bu bol informasiyanıniçərisində çeşidləmək, yaxşını-pisi fərqləndirmək, xüsusi olaraq sözə yenimünasibət bəsləmək imkanı qazanır. Kəsəsi, internetin bir düyməsi hesabınadünyanın istənilən nöqtəsində çapdan çıxmış və mürəkkəbi qurumamış istəniləndəbli məhsulu oxumaq, onunla tanış olmaq indi uşaq oyunu kimi çox sadə vəəlçatandır.

Bax,bu mənada Azərbaycan oxucusu da hər gün qarşılaşdığı imzalara məhz həmin otexnikanın verdiyi imkanların bucağından baxır. Belə olduğu halda da söz adamıkimi, söz sahibi kimi, sözü yaradan və təqdim edən yazıçı-şair kimi oxucuyaçatmaq nə qədər asandırsa, oxucunun diqqətini çəkmək, oxucunun yaddaşındaqalmaq o qədər çətindir. Konkret ifadə etsək, oxucunu qazanmaq və oxucununolmaq bu gün müşkül məsələlərdən biridir. Təbii ki, burada təqdimatın, təbliğində böyük rolu var. Bunu unutmaq olmaz.

Bugünlərdə Lənkərandan ünvanımagöndərilmiş bir kitab və onun barəsindəki səmimi fikirlərlə tanış oldum.Kitabın müəllifi 80-ci illər ədəbi nəslinə mənsub olan Elşad Səfərlidir.Müəllifin aftoqrafı ilə mənə göndərilən "Bu,Elşad Səfərlidir" kitabına qələmdostum Qardaşxan Fərzi öz ürək sözlərini də əlavə edərək ünvanıma çatdırıb.Təbii ki, mən bu dəyərli hədiyyəni bir oxucu marağı ilə gözdən keçirdim,kitabla yaxından tanış oldum. Onun ayrı-ayrı bölmələrdəki şeirlərini karandaşlaişarələdim və sonra baxıb gördüm ki, mənim fikirlərimlə dostum QardaşxanFərzinin fikirləri demək olar ki,üst-üstə düşür. Ona görə də bu iki fikri birləşdirmək və ikimizin "Bu,Elşad Səfərlidir" kitabına oxucumünasibətini birlikdə təqdim etmək razılığına gəldik...

80-ciillər ədəbi nəslinə mənsub olan Elşad Səfərli Lənkəranda yaşayır və burada dayazıb-yaradır. Bu günə qədər bir xeyli kitabların işıq üzü görməsi sevinciniyaşayıb və bu gün də şeirlər və poemalardan ibarət olan "Bu,Elşad Səfərlidir" kitabı onu son illəryaradıcılığının bir növ toplusudur. Kitaba yazıçı-publisist, pedaqogika üzrəfəlsəfə doktoru Allahverdi Eminov ön söz yazıb. Allahverdi müəllim ön sözü çoxqəti bir hökmlə başlayıb:

-Elşad Səfərli şairdir - böyük hərflə - poeziya onu ilhama gətirmişdir -mütaliəsi yox.

Bəli,elə ilk sözdən, ilk fikirdən sözün bütün mənalarında "ElşadSəfərli şairdir!" - hökmü oxucunuözünə çəkir. O oxucunu ki, onun Elşad Səfərli yaradıcılığı barəsində ya bilgisiyoxdur, ya da onu çox az oxuyubdur. Məhz bu təqdimatla oxucunu kitaba çəkənAllahverdi Eminov Elşad Səfərlinin demək olar ki, yaradıcılığına kifayət qədərgur bir işıq saçıb. İstər onun ayrı-ayrı şeirlərini, istər poemalarını necədeyərlər, yüz dəfə sağdan, soldan, altdan, üstdən çözüb səpələyib oxucunungözləri qarşısına. Hər misranın, hər fikrin arxasında dayanan gücü, hikməti,mənanı elə ustalıqla şərh edib ki, oxucu Elşad Səfərli yaradıcılığından rahatcabəhrələnə bilsin.

Bax,bu mənada Elşad Səfərlinin kitabdakı şeirlərinin çox böyük əksəriyyəti öz fikiryükü ilə, öz yanaşma tərzi ilə diqqəti çəkir. Məsələn, əgər söhbət Qarabağdan,bu problemin çözümündən gedirsə, onu bu cür sadə və lokanik ifadə etmək yalnızElşad Səfərliyə məxsusdur:

vaxtsagedir...

vaxtgözləmir,

sükutdə bir xoş vəd vermir.

vaxtçoxdan bizə işləmir,

vaxtdüşmənin tərəfində...

Həqiqətəndə az qala əsrin dörddəbiri qədər yaşı olan Qarabağın işğal dərdi hələ dəçözülmür ki, çözülmür. Bizim itirdiyimiz vaxtı düşmən tapıb, qazanıb. Və yaxudbaşqa bir şeirində Elşad Səfərli bugünkü durumu, daha doğrusu, cəmiyyətdəkimüəyyən cırlaşmanı, insanlardakı laqeydlik hisslərini, etinasızlığı cır armudamüraciət etməklə çox konkret bir formada diqqətə çatdırır:

Bugünküsənətə cır məhsul qatan

Şairlərbilirəm duyar fikrimi:

Bugün şeirimizin kölgəsi altda

Belələribitib cır armud kimi.

Doğrudanda cəmiyyətdəki etinasızlıq, laqeydlik oxucunu da bürüyüb, oxucu da cəmiyyətinbir parçası kimi ona sırınan, ona zorla satılan cır armudları almağa, ən azıona toxunmağa məcbur qalıbdı.

ElşadSəfərli poeziyasında özünəməxsus yanaşma, təqdimat xüsusilə diqqəti çəkəndir.Yəni şair söz qıtlığı yaşamır, ona təsir edən, onu ilhamlandıran hər şeyə özbaxışıyla diqqət yetirir. Məsələn:

yazfəslidir...

gülüngülü,

çiçəyinçiçəyi açılır.

gülə,çiçəyə baxdıqca

insanınürəyi açılır...

Təbiətingül mövsümünü, təbiətin oyanışını balaca bir şeirdə özünəməxsus cizgilərləişarələmək artıq Allahverdi Eminovun dediyi kimi, şairin məharətidir,qabiliyyətidir. Həmin fikirlərin davamı olaraq demək yerinə düşər:

Ürəyimşirincə sızıldayırdı

Özümöz yaramı mən qanatmışdım.

Arıyuvasıydı xatirələrim

Arıyuvasına çöp uzatmışdım.

Vəyaxud:

Vəhdətsevgisində "Mən"sözü yoxdur

Daim"Sən"ianıb bil, "Sən"demişəm.

Talebu sevgidən qurban istədi

Bircəonda qurban "mən-mən"demişəm.

Bax,bu şeir nümunələri göstərir ki, Elşad Səfərli təkcə bir şair kimi yox, həm dəbir duyğu adamı kimi ürəyində olanlar, ürəyini verdiklərinə qarşı nə qədərsəmimi və həssasdır. Onun "Yalnız sevgi"şeirinin birinci bəndindəki fikirlər də dediklərimizi bir daha təsdiq edir.Şair yazır:

Sənmənim ömrümdə tale yazımsan

Taledənyazılan çətin pozula.

Ürəyimtelefon dəftəri deyil

Gündəkimlərinsə adı yazıla.

Bugünün sevgi şouları adamları çaş-baş salsa da, şair dostumuzun saf və səmimietirafı o şouları üstələyir, onlara qalib gəlir. Hətta onun sevgi ilə bağlıxatirə dolu ilahi pıçıltıları da qələbəsini bir az da möhkəmlədir, bir az daəzəmətli edir.

Kəndinbulaq yolu...

axşamdüşəndə

Dolardıcüt gəzən qaraltılarla

Busevda yolunu keçmişəm mən də

Birzaman ilahi pıçıltılarla.

ElşadSəfərlinin kitabındakı sonetlər, poemalar özü-özlüyündə ayrıca bir yazınınayrıca bir müzakirənin açılmasını istəyir. Çünki onların hər birində yığcam vəkonkret, həm də oxucunu bir növ ovcunda saxlayan ifadə tərzləri, yanaşmalarvar. Kitaba son söz yazmış şair Ağacəfər Həsənli vurğulayır ki, Elşad Səfərli "bölgədəyaşayan ölkə şairi"di! Bu, AğacəfərHəsənlinin fərdi yanaşması olsa da, əslində Elşad Səfərli öz yaradıcılığı iləbölgəni çoxdən ölkəyə çevirə bilib. Bax, bu uğura görə qələm dostumuzu ürəkdəntəbrik edir, ona yeni-yeni yaradıcılıq uğurları arzu edirik.

QardaşxanFƏRZİ

Əbülfət MƏDƏTOĞLU

TƏQVİM / ARXİV