Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | Səhnədəki "Qəbir qazma üsulu"ndan nə öyrənməli? Adalet.az | Səhnədəki "Qəbir qazma üsulu"ndan nə öyrənməli? Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Səhnədəki "Qəbir qazma üsulu"ndan nə öyrənməli?

21140    |   2013-01-12 02:40
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"Yuğ"un tövbə oyunu üzərində qurduğu tamaşanın anonsu

Öz daimi tamaşaçılarını təəccübləndirməyi bacaran "Yuğ" Dövlət Teatrı bu yaxşılığından əl çəkməyə hazırlaşmır. Missiyasına sadiq qalan yaradıcı kollektiv 25-ci mövsümün planına uyğun olaraq yeni bir tamaşanın ictimai baxışını təşkil etdi.

Argentinalı Kasares...

Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə "Yuğ"un divarları arasında ərsəyə gələn səhnə əsəri "Qəbir qazma üsulu" adlanır. Tamaşa Argentina yazıçısı A.B.Kasaresin əsəri əsasında hazırlanıb.

Uzaq Argentinadan olan müəllif bizə yaxın görünən mövzuya toxunub. Bir-birini sevən iki gənc ailə qurur. Onların bir istəyi da var. Gözdən-könüldən uzaq bir yerdə iş qurmağı planlaşdırırlar. Nəhayət, belə bir məkan tapırlar. Aldıqları ev və açdıqları kafe xəyallarında canlandırdıqları məkana necə də uyğun gəlir... Tam xoşbəxt olmaq üçün bəs nə çatmır?

Maddi sıxıntılar bu iki gənci sıxır. Belə bir məqamda xeyirxah bir cənab gənclərə pul borc verməyə razı olur. Təbii ki, şərtinə əməl olunacağı halda. Gənc ailə bu cənabı da başladıqları işə şərik etməlidirlər.

Kafeni açıb işə başlayırlar. Lakin yenə nəsə çatmır. Nə? Kafeyə müştəri gəlmir. Hər gün üst-üstə yığılan borcları necə qaytarmaq olacaq? Bu yükün altından çıxmağın mümkünsüz olduğunun fərqindədilər. Amma çılğın gənclər şəhərdən gələn təklifləri də rədd edirlər. Qurduqları bu məkanı şəhərə dəyişmək istəmirlər.

Bu zaman tale onların qarşısına bir qadın çıxarır. Özü də çantası pulla dolu bir qadın! Lakin bir-birini sevən iki gənc taleyin sınağından çıxa bilmirlər. Onlar pula görə bu qadını qətlə yetirməklə cinayətə əl atırlar. Üstəlik, müdhiş cinayəti törədənlər günahlarını yumaq barədə düşünmürlər. Necə deyərlər, cinayət digər cinayətlərə yol açır. Sıralanan cinayətlər dəlicəsinə bir-birini sevənlərin sağlam ailəsinə zərbə vurmaqla yanaşı hətta onların fiziki həyatlarını da məhv edir.

Cinayəti bir yerdə törədən insanlar bir-birlərini sevən iki gənc olduğundan bu qədər günahın içində ailələrini qoruyub saxlaya bilmirlər. Ailənin dağılması sevgilərinin məhv olmasına və sonda onların ölümünə səbəb olur.

Müəllif Kasaresin fikri "Yuğ" Teatrının poetikasına uyğundu.

6 nəfərin qurduğu...

Əsəri dilimizə tərcümə edən və səhnə variantını hazırlayan Gümrah Ömər həm də tamaşanın quruluşçu rejissorudu. "Yuğ" teatrının yetirməsi Gümrah Ömər digər teatrlarımızda da uğurlu tamaşalar hazırlayıb. İstedadlı rejissor "Qəbir qazma üsulu" üçün maraqlı komanda formalaşdırıb. Əməkdar rəssam Rəşid Şerif tamaşanın quruluşçu rəssamıdı. Umay Həsənova obrazların geyim eskizlərini hazırlayıb. Ramiq Mehdi ilə Mələk Vəlizadə musiqi tərtibatçılarıdı. Anar Mikayılova xoreoqraflıq həvalə olunub. Rejissor assisenti isə Aytən Məmmədovadı.

Quruluşçu rejissor Gümrah Ömərin başçılıq etdiyi yaradıcı komandanın tamaşaçıya mesajı var- Mənəviyyatlı insan qarşısına çıxan hər hansı bir problemi cinayət yolu ilə həll etməyə çalışırsa o, məhvə məhkum olacaq.

...və 4 aktyorun yaratdığı

Bu mesajı necə və kiminlə çatdırmalı? Təbii ki, aktyorlarla. Özü də aktyorların istedadlıları ilə. Tanrıya şükür ki, "Yuğ"da bu sarıdan problemi yoxdu.

Gümrah Ömər bu tamaşada görün kimlərə güvənib- Yaqut Paşazadə, Oqtay Mehdiyev... Hələ bu harasıdı - əməkdar artistlər Sonaxanım Mikayılova, Vidadi Həsənov.

4 istedadlı aktyordan ibarət güclü bir arsenal.

Yaradıcı heyət tamaşaçının aktyorla nəfəs-nəfəsə qaldığı bu səhnədə "Qəbir qazma üsulu"nu ustaca mənimsəyib. Premyeranın vaxtı da dəqiqləşib- yanvarın 19-u. Bircə detal çatışmır-siz tamaşaçıların reaksiyası.

İndi sıra sizdədi...

Etibar CƏBRAYILOĞLU



İmza:

YAZARIN ARXİVİ

2019-06-14 : Ziya
2019-02-09 : Alim-Maestro
2018-09-14 : Bizi deyirlər...
2018-07-04 : İftixarımız
2018-04-07 : Fəxri Zakir
2017-12-02 : Onun adı Rey
2016-09-30 : ...Sadə Qabil
2016-08-13 : Poeziya, Salam
2016-08-12 : Poeziya, Salam
2016-06-11 : Təhsil elçisi
2015-10-09 : Qadağaya qadağa
2015-08-29 : Birinci 10 il
2015-04-11 : Təzə Ağdamlı
2015-03-20 : Bizim Corc
2014-12-13 : "Kitayski" çex
2014-04-05 : Abini anarkən...
2014-01-11 : Əfsanə bolluğu
2013-12-28 : Sonuncu alman
2013-11-30 : Nə sözün?
2012-08-09 : Gedin və baxın!
2012-05-30 : Məqsədli yazı
2011-08-27 : A+A+A
2011-01-08 : Hamı telekanala!
2010-10-02 : Al bıçağı...
2010-06-19 : Top, tar və...
2009-12-12 : 2012
2009-06-20 : YILMAZ, BU KİM?
2009-03-20 : DAVALI YORĞAN
2008-05-24 : Nazirlər soyunur
2008-04-26 : Qalxa-qalxa gedir
2008-03-30 : Tərcümeyi-hal
2008-03-01 : Mənə "beş" ver
2007-11-10 : Reklamlı yazı
SON XƏBƏRLƏR
2019-09-17
2019-09-16


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Məktəbli formalarının qiymətlərindən razısınızmı?

Hə (25%)
Yox (75%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK