Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | "Özünü sübut etmək həmişə çətin olub" Adalet.az | "Özünü sübut etmək həmişə çətin olub" Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

"Özünü sübut etmək həmişə çətin olub"

Əməkdar artist, Prezident Mükafatçısı Məmməd Səfa hesab edir ki, I Avropa Oyunları keçirməklə üzərimizə böyük məsuliyyət götürmüşük

10190    |   2015-05-16 01:52
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Ölkə başçısının bu günlərdə imzaladığı sərəncamla bir qrup tanınmış incəsənət xadimi Prezident Mükafatına layiq görüldü. "YUĞ" Dövlət Teatrının aparıcı aktyorlarından biri, Əməkdar artist, Mədəniyyət və İncəsənət Universitetinin dosenti Məmməd Səfa növbəti dəfə bu şərəfə nail olanlardandır.
İstedadlı aktyor, bacarıqlı pedaqoq və təvazökar insan kimi tanınan Məmməd Səfa qəzetimizə verdiyi müsahibədə Prezident Mükafatı alan bütün sənət dostlarının sevincinə qoşulduğunu bildirdi. Söhbət zamanı müsahibimizin yaradıcılıq planları barədə də danışdıq, Bakıda keçiriləcək I Avropa Oyunlarına münasibətini öyrəndik.

- Adınızı növbəti dəfə mükafatçılar siyahısında görmək bizim üçün xoş oldu. Könül istər ki, tez-tez belə şad xəbərlər yayılsın...
- Bu sənətlə maraqlananların, yaradıcı insanların uğuruna sevinənlərin könlünü Allah həmişə xoş eləsin. 2008-ci ildən Prezident Mükafatı alıram, sağ olsunlar ki, bu il də məni bu şərəfə layiq gördülər. Fürsətdən istifadə edib dövlət başçısına minnətdarlığımı yetirmək istəyirəm, ölkəmizin inkişafı, mədəniyyətimizin himayə olunması ilə bağlı gördüyü böyük işlərdə Allah ona kömək olsun. İnanın ki, internetdən Prezident sərəncamını oxuyanda siyahıda adı olan bütün sənət adamlarına, həmkarlarıma görə sevindim. Azərbaycan incəsənətinə xidmət edən, yaradıcılıq uğurları qazanan sənətkarımız çoxdur. İnşallah, onlara da bu mükafat verilər.
İncəsənət xadimlərinin hər il belə mükafata layiq görülməsində mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin də əməyi var. Tək mənə yox, çalışdığım "YUĞ" Dövlət Teatrının bütün kollektivinə nazirimiz həmişə diqqətlə yanaşıb. Bu gün də həmin diqqəti hiss edirik.
- Bəzən sənət adamları rəsmi dairələrdən diqqət, stimul gözləyir. Fəxri adların, mükafatların verilməsi bu baxımdan lap yerinə düşür...
- Diqqət, stimul peşəsindən, mövqeyindən asılı olmayaraq hər bir insana lazımdı. Bunsuz yaşamaq çox çətin olar yəqin. Ona görə də arzum budur ki, hər kəs öz layiq olduğu qiyməti alsın, rəsmi dairələr, ətrafdakılar insanı sağlığında qiymətləndirsinlər, çəkdiyi əziyyətə dəyər versinlər.
- "YUĞ"da Məmməd Səfanın işləri necə gedir?
- Əla! Repertuarımızdakı tamaşaları oynayıram, yeni əsərlərin məşqində iştirak edirəm. Kollektivimiz həmişəki kimi, gərgin çalışır, baş rejissorumuz Gümrah Ömər Kamal Abdullanın "Bir, iki, bizimki" pyesinin yeni bir versiyasını hazırlayır və mənə də bu tamaşada rol verib.
- Bu arada sizi Akademik Milli Dram Teatrının səhnəsində də görmək olur...
- Akademik Milli Dram Teatrı böyük sənət məbədidir. Bu teatrda həmişə görkəmli aktyorlarımız, rejissorlarımız çalışıb, bu gün də ənənə davam edir. Sənət biliciləri, tamaşaçılar Akademik Milli Dram Teatrına bir nömrəli teatr kimi yanaşıblar. Tale elə gətirdi ki, bu kollektivlə birgə çalışmaq mənə də nəsib oldu. Xalq artisti, professor Azərpaşa Nemət Əli Əmirlinin "Şah Qacar" əsərinə verdiyi quruluşda Kərim xan Zənd obrazını mənə həvalə etdi. Gümrah Ömərin hazırladığı "Nadir Şah" tamaşasında isə Nadir Şahı oynayıram. Yunus Oğuzun əsəri əsasında səhnəyə qoyulan tamaşada Nadir Şah rolunda Xalq artisti Ramiz Novruzla dublyoram. Hər iki rola dəvət alanda işin məsuliyyətini dərk edərək razılıq verdim. Yuxarıda qeyd etdiyim kimi, Akademik Milli Dram Teatrının tələbləri yüksəkdir, bu səhnədə özünü realizə etmək aktyordan böyük güc tələb edir. Oynadığım hər iki tamaşa teatrın repertuarındadır və müntəzəm oynanılır.
- Mədəniyyət və İncəsənət Universitetinin dosenti kimi bir yandan da başınız imtahanlara qarışıb...
- III kursun tələbələri ilə hazırladığım Süleyman Sani Axundovun "Tamahkar" tamaşasını artıq təqdim etdik. Qarabasma oyunu kimi müəyyən etdiyimiz bu tamaşa tələbələrin kurs işi idi. İmtahanların əksəriyyətində yaxından iştirak etdiyimdən deyə bilərəm ki, həqiqətən də istedadlı, ləyaqətli, bu peşəni sevən və bu peşəyə layiq olan gənclərimiz çoxdu, yaxın gələcəkdə onlar aktyor və rejissor kimi özlərini sübut edə bilərlər. Bir müəllim kimi onlara inanıram, çox istərdim ki, həmin istedadlı tələbələr bu inam hissini özlərində qoruya bilsinlər. Çünki bu çox vacib bir amildir.
Yaşamaq, var olmaq, özünü sübut etmək və cəmiyyətdə yer tutmaq tarixin bütün dövrlərində insan üçün çətin olub. Özü də bu məsələdə söhbət təkcə puldan, maddi sərvətdən getmir. Bu gün gənclərimiz öz gələcək həyatlarını qurmaqla bağlı düşünərkən düzgün qərar verməyi bacarmalıdırlar.
- Belə anda hər bir gəncin ağıllı müəllim sözünə ehtiyacı olur...
- Ona görə də müəllimliyi çətin peşə sayırlar. Müəllim düzgün istiqamət verməyi bacarmalıdı.
- Həyatda müəllim sarıdan bəxtinizin gətirdiyini demək olar?
- Əlbəttə, istər orta, istərsə də ali məktəbdə gözəl müəllimlərdən dərs almışam və bu gün də onları ehtiramla, rəhmətlə xatırlayıram. Əsl müəllim adını daşıyan, bu peşəyə daim hörmət gətirən həmin insanların bəziləri bu gün də yaşayır. Allah onlara cansağlığı versin. Ən böyük ustadım isə rəhmətlik Vaqif İbrahimoğlu idi. Onunla uzun illər bir yerdə olmuşuq, Vaqif bəy ən çətin anda insanda ümid hissi oyada bilirdi.
- "Dolu" bədii filmindəki Komandir obrazından sonra kinoda sizi yeni bir rolda görmürük...
- Komandir kinoda hələlik sonuncu rolumdu. "Hələlik" ifadəsini özüm xüsusi vurğuladım, çünki bundan sonra yenə bədii filmlərə dəvət alacağıma inanıram. Mənim çəkilməyim əsas deyil, əsas olanı odur ki, bu gün Azərbaycan kinosu yaşayır, yeni ekran əsərləri yaranır, beynəlxalq festivallarda uğur qazanır. Bu günlərdə Elxan Cəfərov yeni bir işini təqdim etdi. "Yarımçıq xatirələr" bədii filmi çox xoşuma gəldi, bu filmdə gözəl rejissor işi, aktyor oyunu var. Elxan Cəfərov bu filmlə "Dolu"da qazandığı uğurun təsadüfi olmadığını bir daha sübut elədi.
- Mühüm bir hadisə ərəfəsindəyik, Bakıda I Avropa Oyunları keçiriləcək. Tanınmış bir ziyalı kimi bu məsələyə münasibətinizi bilmək istərdik...
- I Avropa Oyunlarının ölkəmizdə keçirilməsi həqiqətən də böyük bir hadisədir. Düşünürəm ki, belə bir yarışı təşkil etməyə hazır olduğunu bildirən gündən Azərbaycan dövləti öz üzərinə böyük bir məsuliyyət götürüb. Lakin ölkəmizin hər bir vətəndaşı da bu məsuliyyəti öz çiynində hiss etməlidi. Çünki evə qonaq gələndə ailə başçısından tutmuş sonbeşiyəcən hamı öz işini mükəmməl görməyə çalışır.
Azərbaycanın bütün dünyada sülhsevər, müasir zamanla ayaqlaşmağı bacaran və güclü dövlət olduğunu bir daha sübut etmək üçün gözəl bir fürsət qazanmışıq. Elə bir coğrafi məkanda yerləşirik ki, tarixən müxtəlif ölkələrin maraqları Azərbaycanda kəsişib. Həmişə olduğu kimi, yenə həm dostlarımızın, həm də düşmənlərimizin diqqəti bura yönələcək. Əminəm ki, biz I Avropa Oyunlarını yüksək səviyyədə keçirib dost ölkələri sevindirəcəyik. Azərbaycanı gözü götürməyən dövlətlərə, torpağımıza, malımıza göz dikən, xəbis, bu gün üzbəüz döyüşdən qorxub qaçan Ermənistana göz dağı verəcəyik.



YAZARIN ARXİVİ

2019-06-14 : Ziya
2019-02-09 : Alim-Maestro
2018-09-14 : Bizi deyirlər...
2018-07-04 : İftixarımız
2018-04-07 : Fəxri Zakir
2017-12-02 : Onun adı Rey
2016-09-30 : ...Sadə Qabil
2016-08-13 : Poeziya, Salam
2016-08-12 : Poeziya, Salam
2016-06-11 : Təhsil elçisi
2015-10-09 : Qadağaya qadağa
2015-08-29 : Birinci 10 il
2015-04-11 : Təzə Ağdamlı
2015-03-20 : Bizim Corc
2014-12-13 : "Kitayski" çex
2014-04-05 : Abini anarkən...
2014-01-11 : Əfsanə bolluğu
2013-12-28 : Sonuncu alman
2013-11-30 : Nə sözün?
2012-08-09 : Gedin və baxın!
2012-05-30 : Məqsədli yazı
2011-08-27 : A+A+A
2011-01-08 : Hamı telekanala!
2010-10-02 : Al bıçağı...
2010-06-19 : Top, tar və...
2009-12-12 : 2012
2009-06-20 : YILMAZ, BU KİM?
2009-03-20 : DAVALI YORĞAN
2008-05-24 : Nazirlər soyunur
2008-04-26 : Qalxa-qalxa gedir
2008-03-30 : Tərcümeyi-hal
2008-03-01 : Mənə "beş" ver
2007-11-10 : Reklamlı yazı
SON XƏBƏRLƏR
2019-09-23


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Sevilya"?

"Qarabağ" (42.86%)
"Sevilya" (57.14%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK