ANA SƏHİFƏ / SİYASƏT

Azərbaycanda icra olunan daha bir tvinninq layihəsi başa çatdı

9054    |   2020-06-29 19:10
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Avropa İttifaqı (Aİ) tərəfindən maliyyələşdirilən, Yunanıstan ilə Azərbaycan arasında imzalanmış müqaviləyə əsasən, 17 yanvar 2018-ci ildə başlanmış və 28 ay davam edən "Transfer qiymətlərinin müəyyən edilməsi və vergidən yayınma hallarına qarşı tədbirlərin işlənib hazırlanmasında Azərbaycan Respublikası Vergilər Nazirliyinə Dəstək” Tvinninq layihəsi başa çatıb.

Bununla bağlı Dövlət Vergi Xidmətindən məlumat verilib.

Bildirilib ki, layihə Azərbaycan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, Yunanıstan Dövlət Gəlirləri üzrə Müstəqil Orqanı, həmçinin Beynəlxalq və Avropa İqtisadi Hüquq Mərkəzi (CIEEL) tərəfindən həyata keçirilib. Layihənin məqsədi transfer qiymətqoyması üzrə qanunvericiliyin və transfer qiymətləri üzrə auditin tətbiqi və həyata keçirilməsində, eləcə də transfer qiymətləri haqqında qanunvericiliyin Avropa standartlarına uyğunlaşdırılması və qabaqcıl təcrübəyə əsaslanan audit prosesləri üçün resursların yaradılmasında Dövlət Vergi Xidmətinə dəstək göstərmək olub.

Layihə çərçivəsində Yunanıstanı və digər Aİ üzvü olan ölkələri təmsil edən beynəlxalq ekspertlərin iştirakı ilə Dövlət Vergi Xidmətində 38 missiya, dörd tədris səfəri, 24 təlim və 10 seminar həyata keçirilib. Layihə müddətində 61 hesabat, təlimat və metodiki göstəriş hazırlanıb ki, bunlar da gələcəkdə Dövlət Vergi Xidmətinə qanunvericiliyin hazırlanması və praktiki tətbiqi prosesində əhəmiyyətli yardım edəcək.

Layihə çərçivəsində əldə edilmiş əsas nəticələr aşağıdakılardan ibarətdir:

1.transfer qiymətləri istiqamətində qabaqcıl Aİ standartlarına uyğun effektiv hüquqi baza hazırlanıb;

2. transfer qiymətləri sahəsində "Qiymətlərin əvvəlcədən razılaşdırılması (APA)” və "Qarşılıqlı razılaşma prosedurları” hazırlanıb;

3. transfer qiymətlərinin Aİ standartlarına uyğun olaraq tənzimlənməsi sahəsində inzibati nəzarət mexanizmi hazırlanıb və bu sahədə Dövlət Vergi Xidmətinin institusional imkanları artırılıb.

Layihə müddətində bir neçə uğurlu innovativ yanaşma təqdim edilib:

1. Biliklərin ötürülməsinin davamlılığı – Xüsusi testlərin keçirilməsi yolu ilə Dövlət Vergi Xidməti əməkdaşları arasından seçilmiş 10 nəfər beynəlxalq vergitutma sahəsində ali diplom imtahanı olan ADIT (Advanced Diploma in International Taxation) imtahanında iştirak edib və onlardan beş nəfəri uğurlu nəticə əldə edib;

2. Xüsusi olaraq benefisiar ölkənin ehtiyaclarının tam şəkildə qarşılanması üçün hazırlanmış və uyğunlaşdırılmış bir layihə – Fəaliyyətlərin məzmunu və nəzərdə tutulmuş nəticələrə nail olmaq üçün üzv ölkə və benefisiar ölkə rəsmiləri arasında sıx əməkdaşlıq və davamlı təkliflər vasitəsilə müzakirə edilərək işlənib hazırlanıb;

3. Gözlənilməz hallara dərhal və səmərəli cavab verilməsi və adaptasiya olunmaq - Benefisiar ölkənin davam edən ehtiyaclarına cavab olaraq, COVID-19 pandemiyası zamanı layihə fəaliyyətləri interaktiv videokonfransların keçirilməsi yolu ilə uğurla davam etdirilib;

4. Praktik nümunələrə və müxtəlif seminarlara xüsusi önəm verilməklə, bütün müasir tədris metodlarından və təqdimat vasitələrindən geniş istifadə olunub;

5. Benefisiar ölkəni təmsil edən əməkdaşların müzakirə olunan məsələləri anlaması və tənqidi yanaşma bacarıqlarını möhkəmləndirməyə imkan verən müəyyən fəaliyyətlər başa çatdıqdan sonra qiymətləndirmə metodlarından istifadə edilib.

Layihə rəhbəri Aikaterini Perrounun sözlərinə görə, bu layihə çərçivəsində transfer qiymətləri və vergidən yayınma hallarına qarşı tədbirlərin hazırlanması sahəsində uğur əldə edilib, eyni zamanda uzun müddət birgə çalışan Azərbaycan və Yunanıstanın vergi əməkdaşları arasında möhkəm işgüzar bağlar qurulub. Qarşılıqlı etimada və hörmətə əsaslanan bu əlaqələr gələcəkdə hər iki ölkənin vergi orqanları arasında ikitərəfli münasibətlərin inkişafına daha da təkan verəcək.

Benefisiar ölkə üzrə layihə rəhbəri Orxan Musayev bildirib ki, bu, vergi orqanlarının Avropa İttifaqı ilə birgə həyata keçirdiyi ən uğurlu layihələrdən biridir. Qeyd olunub ki, layihə çərçivəsində Vergi Məcəlləsində dəyişikliklərlə bağlı konkret təkliflər hazırlanaraq təqdim edilib. Həmçinin, transfer qiymətləri üzrə yoxlamaların səmərəliliyini artırmaq və onların riskə əsaslanan bal sistemi üzrə qiymətləndirilməsini təşkil etmək məqsədilə digər qanunvericilik aktlarına da dəyişikliklər olunub.

Vergi orqanı əməkdaşlarının təlimi layihənin əsas prioritetlərindən biri hesab olunurdu. Dövlət Vergi Xidmətinin ərazi vergi idarələrinin əməkdaşları da layihədə fəal iştirak ediblər. Tvinninq layihəsi çərçivəsində iki il müddətində təlim keçmiş vergi orqanı auditorları artıq transfer qiymətləri ilə bağlı səyyar vergi yoxlamalarına başlayıblar. Bu, layihənin ən önəmli uğurlarından biri hesab edilə bilər.

Layihənin həyata keçirilməsində yalnız Yunanıstanındeyil, həmçinin Aİ üzvü olan digər ölkələrin ekspertləri də fəal iştirak ediblər. Qeyd olunub ki, layihənin icrası Yunanıstanla Azərbaycanın vergi orqanları arasındakı səmərəli əməkdaşlıq, müsbət iş atmosferi və effektiv vergi inzibatçılığının qurulmasına töhfə verib və bu əlaqələr gələcəkdə də davam etdiriləcək.




İmza:

Prezident İlham Əliyev BMT-nin Baş katibinə telefonla zəng edib

Milli Məclisdə təmsil olunan siyasi partiya sədrləri ilə videokonfrans keçirilib

Pandemiya dövründə Azərbaycanda beynəlxalq daşımalar dayanmayıb - Hikmət Hacıyev

Hikmət Hacıyev: Azərbaycan qlobal səviyyədə də koronavirus epidemiyasına qarşı ardıcıl səylərini davam etdirir

Vüsal Hüseynov könüllülərlə videokonfrans formatında görüş keçirdi

Aqil Abbas: “Həmsədrlərin işi yeyib-içməkdən ibarətdir”

BQXK Dilqəm Əsgərov və Şahbaz Quliyevə növbəti dəfə baş çəkib

DGK ilə BMT-nin İnkişaf Proqramı arasındakı əməkdaşlıq müzakirə edilib

Nazirlik Qarabağ müharibəsi əlilinin mənzil təminatı ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirdi

Komitə sədri “Fairmont”da dincələnlərdən DANIŞDI: “Qudurğanlıqdır”

Rusiyada ermənilərin Polad Bülbüloğluna qarşı təxribatı baş tutmadı

BMT Baş Assambleyasının 31-ci xüsusi iclasının ilkin gündəliyi dərc olunub

Prezident İlham Əliyev Monteneqronun Prezidentini təbrik edib

Pandemiya dövründə Azərbaycanda beynəlxalq daşımalar dayanmayıb - Hikmət Hacıyev

Hikmət Hacıyev: Azərbaycan qlobal səviyyədə də koronavirus epidemiyasına qarşı ardıcıl səylərini davam etdirir

“Bergen Anlaşması”nın müddəaları ilə bağlı fikir mübadiləsi aparılıb

"Biz onlara Konstitusiya verdik, onlar bizə qandal"

Azərbaycan-Meksika parlamentlərarası əlaqələrin inkişaf perspektivləri müzakirə olunub

Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verib

Nazir: “Sosial rifaha dəstək tədbirləri 4,8 milyon insanı əhatə edib”

BQXK Dilqəm Əsgərov və Şahbaz Quliyevə növbəti dəfə baş çəkib

Vüsal Hüseynov könüllülərlə videokonfrans formatında görüş keçirdi

SON XƏBƏRLƏR
2020-07-12
2020-07-11


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (88.89%)
Pullsuz (11.11%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Siyasətçi ilə dolu bir avtobus seçki kampaniyası üçün kənd-kənd gəzirlərmiş. Avtobus böyük bir fermanın yanından keçərkən avtobus sürücünün diqqətsizliyindən dərəyə aşır.

Fermer qaçaraq gəlir və gecə qurda-quşa yem olmasın deyə cəsədləri basdırmağa başlayır.

Ertəsi gün polis sorğu üçün fermaya gəlir.

Fermerdən soruşur:

- Deməli, avtobusdakı bütün siyasətçiləri basdırdın. Hamısının ölü olduğundan əminsən?

Fermer cavab verir:

- Bəziləri yaşadıqlarını iddia elədilər, amma siyasətçiləri bilirsiniz də, necə yalan danışırlar. Amma məni aldada bilmədilər.




digər lətifələr
ARXİV
FACEBOOK