hacklink Adalet.az | Kiyevdə Nəsimi adına kompleksin təməlqoyma mərasimi keçirilib (FOTO) Adalet.az | Kiyevdə Nəsimi adına kompleksin təməlqoyma mərasimi keçirilib (FOTO) Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / GÜNDƏM

Kiyevdə Nəsimi adına kompleksin təməlqoyma mərasimi keçirilib (FOTO)

3490    |   2019-11-05 14:15
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Ukraynanın paytaxtı Kiyev şəhərində Azərbaycan xalqının çoxəsrlik ənənələrə malik bədii və fəlsəfi fikrində dərin iz qoymuş mütəfəkkir-şair İmadəddin Nəsimi adına çoxfunksional kompleks binasının təntənəli təməlqoyma mərasimi keçirilib.

Azərbaycanın Ukraynadakı səfirliyindən verilən məlumata görə, səfirliyin təşəbbüsü və sifarişi ilə tikiləcək mədəni-tarixi kompleksdə Nəsimi adına Mərkəz, muzey, konfrans zalları fəaliyyət göstərəcək. Bundan başqa kompleksdə Qonaq Evi də fəaliyyət göstərəcək.

Təməlqoyma mərasimindən öncə səfirliyin əməkdaşları kompleksin qarşısında yerləşən parkda ucaldılan Nəsiminin heykəli ətrafında abadlaşdırma işləri aparıblar, yeni ağaclar əkiblər. Sonra Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev təməl daşını atıb.

Bu binanın 2020-ci ilin dekabrında istifadəyə veriləcəyini qeyd edən səfir bildirib ki, Nəsimi irsinin öyrənilməsi və təbliği üçün belə bir kompleksin olması vacibdir: "Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə 2019-cu ilin ölkəmizdə "Nəsimi ili”nin elan edilməsindən sonra səfirliyin təşəbbüsü ilə mərkəzi parkların birində Nəsiminin heykəli ucaldılıb. Bu gün də çoxfunksional kompleksin təməlqoyma mərasimi "Nəsimi ili” çərçivəsində keçirilən tədbirlər planının tərkib hissəsidir”.

Səfir bildirib ki, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi altında tanınmış azərbaycanlı mütəfəkkirlərin irsinin dünyada təbliği istiqamətində çox önəmli layihələr gerçəkləşdirilir.

Qeyd edək ki, binanın inşası azərbaycanlı investorların sahib olduğu "Drujba Narodov SND” şirkəti tərəfindən həyata keçirilir.



İmza:

Azərbaycan Prezidenti İlham Əliyev Oman Sultanını təbrik edib

Zakir Həsənov əməliyyat təliminin yekunlarına dair xidməti müşavirə keçirib

Şeyx Əbdül: "Televiziyaları bərbad günə qoyanların..."

Mehriban Əliyevadan Maksim Qalkinin yaradıcılıq axşamı ilə bağlı paylaşım - FOTO

Vilayət Eyvazovdan yeni - TƏYİNAT

Albert Aqarunovun qardaşı Azərbaycan xalqına təşəkkür etdi

Prezident İlham Əliyev Qüds Sefardi ortodoks baş ravvinini qəbul edib

Şamaxıda baş vermiş təbii fəlakətin nəticələrinin aradan qaldırılmasına 3 milyon manat ayrılıb

Prezident İlham Əliyev Sultan Dadaşovu ordenlə təltif edib

Ağsuda baş vermiş təbii fəlakətin nəticələrinin aradan qaldırılmasına 3 milyon manat ayrılıb

BQXK Dilqəm Əsgərov və Şahbaz Quliyevə baş çəkib

Məhkəmə ekspertləri də attestasiyadan keçəcək

SON XƏBƏRLƏR
2019-11-16
2019-11-15


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (93.33%)
Pullsuz (6.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK