hacklink Adalet.az | Azərbaycanla Kolumbiya arasında gömrük sahəsində əməkdaşlıq müzakirə olunub Adalet.az | Azərbaycanla Kolumbiya arasında gömrük sahəsində əməkdaşlıq müzakirə olunub Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / SİYASƏT

Azərbaycanla Kolumbiya arasında gömrük sahəsində əməkdaşlıq müzakirə olunub

8610    |   2019-10-29 16:17
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Kolumbiyanın Azərbaycandakı səfiri Luis Antonio Dimate Kardenasın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

DGK-dən verilən məlumata görə, S.Mehdiyev iki ölkə arasında mövcud münasibətlərə toxunaraq, Azərbaycan tərəfinin Kolumbiya ilə bütün sahələrdə, o cümlədən gömrük sferasında qarşılıqlı əməkdaşlığı inkişaf etdirməkdə maraqlı olduğunu diqqətə çatdırıb.

Komitə sədri Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan gömrüyünün son dövrdə əldə etdiyi nailiyyətlər barədə məlumat verib, həyata keçirilən islahatlar çərçivəsində gömrük orqanlarında daha çevik və modern idarəçilik metodlarının tətbiq edildiyini, beynəlxalq ticarətin asan və sürətli şəkildə reallaşdırılması, vətəndaşların maksimum dərəcədə məmnuniyyətinin təmin olunduğunu bildirib.

Azərbaycan gömrük orqanlarının fiskal siyasət, narkotik maddələrin qanunsuz dövriyyəsinə və qaçaqmalçılığa qarşı mübarizə və digər sahələrdə fəaliyyəti barədə də qonağı məlumatlandıran S.Mehdiyev, təcrübə mübadiləsinin və qarşılıqlı əməkdaşlığın iki ölkənin gömrük orqanlarına fayda verəcəyini vurğulayıb.

Qeyd edilib ki, iki ölkənin gömrük orqanları arasında qarşılıqlı səmərəli əlaqələr, öz növbəsində, iqtisadi-ticari münasibətlərin inkişaf etdirilməsinə mühüm töhfə verər, iqtisadi əməkdaşlığın potensialından maksimum yararlanmağa şərait yaradar.

Kolumbiya səfiri Luis Antonio Dimate Kardenas səmimi görüşə görə təşəkkürünü bildirib, iki ölkə arasında dostluq əlaqələrindən bəhs edərək, əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün böyük potensialın olduğunu vurğulayıb.

Səfir Azərbaycan gömrüyünün sürətlə inkişaf etdiyini, xüsusilə son dövrdə həyata keçirilən islahatları və mütərəqqi layihələri biznes mühitinin yaxşılaşdırılmasına, ticarətin asanlaşdırılmasına yönələn uğurlu addımlardan biri kimi dəyərləndirib. Qonaq ikitərəfli münasibətlərin gələcəkdə daha da intensivləşəcəyinə ümidvar olduğunu bildirib.

Görüşdə iki ölkə arasında iqtisadi-ticari əlaqələrin perspektivləri barəsində fikir mübadiləsi aparılıb.




İmza:

Lavrov: "Rusiya bundan sonra da Dağlıq Qarabağ nizamlanması üzrə..."

Prezident İlham Əliyev Kamboca kralını təbrik edib

Əli Əhmədov: Bayraq xalqın qürur mənbəyi, özünütanıma və özünüifadə formasıdır

Bayrağımız - milli qürur mənbəyimiz

Nazirdən şad xəbər: Bu məhsullar ƏDV-dən azad olunacaq

Baş nazirdən qərar - Agentlik nümunələri müəyyən etməlidir

Bələdiyyə seçkiləri

Prezident İlham Əliyev Argentinanın yeni Prezidentini təbrik edib

Diasporla İş üzrə Dövlət Komitəsində kollegiya iclası keçirilib

Azərbaycan Müdafiə Nazirliyi ilə Türkiyə Baş Qərargahı arasında protokol imzalanıb

Vitse-spiker: “Əhaliyə ödənişlərin məbləği artacaq”

Vidadi Məmmədov: 1998-ci ildən bu yana müxalifətin yaratdığı birliklər

SON XƏBƏRLƏR
2019-11-11
2019-11-09
2019-11-08


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (92.31%)
Pullsuz (7.69%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Qazaxda Aslanbəyli kəndinin camaatı sünnüdür, Ürkməzli kəndinin camaatı isə şiədir. Həmin kəndlərə 10 dəqiqə intervalnan iki avtobus işləyir.

Bir dilənçi Aslanbəyli kəndinə gedən avtobusa minib əl açıb yolboyu camaatdan sədəqə istəməyə başlayır:

- Siz Həzrəti Əli xatrinə mənə kömək eləyin!

Bir-bir hamıya yaxınlaşır, amma heç kim pul vermir.

Şair Elnur Aslanbəyli də oturubmuş arxada. Üzünü dilənçiyə tutub deyir:

- Ay dayı, bu Ömərin avtobusudur, sən düş arxadan gələn Əlinin avtobusuna min!




digər lətifələr
ARXİV
FACEBOOK