hacklink Adalet.az | Yılmaz Özdil: Bu şəkil ona "Nankorluq medalı" olsun Adalet.az | Yılmaz Özdil: Bu şəkil ona "Nankorluq medalı" olsun Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Yılmaz Özdil: Bu şəkil ona "Nankorluq medalı" olsun

10258    |   2019-10-18 17:34
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Lefkoşa. Qumsal məhəlləsi. Dərəboyu küçəsi.

Nömrə 2.

Bir mərtəbəli, baxçalı ev.

Saat təxminən 22:00 idi və hava sərin idi. Yeni il ərəfəsiydi.

**

Gecənin sükutunu uzaqdan gələn silah səsləri pozdu.

Mürüvvət xanım tez lampaları söndürdü. Hələ 10 aylıq olan Hakan qucağında yatırdı. Tez uşaqların otağına qaçıb dörd yaşlı Kutsini də digər əlinə aldı. Uşaqlarının ən böyüyü olan Muradı oyandırdı. 6 yaşlı Murad anasının gecə paltarından tutub otaqdan çıxdı.

Küçə lampasının işığı evdə hüznlü bir aura yaradırdı. Onlar barmaqlarının ucunda hamama keçdilər və qucaqlaşıb bir küncə qısıldılar. Səsləri eşidilməsin deyə demək olar heç nəfəs də almırdılar.

Uşaqlar analarını heç vaxt belə görməmişdilər deyə çox qorxmuşdular, amma nə baş verdiyini anlamırdılar.

Dəhşətli gözləyiş başladı.

Bir dəqiqə... İki dəqiqə... Üç dəqiqə...

Saniyələr əsrlər kimi uzanırdı.

Və birinci pəncərələr qırıldı. Ayaq səsləri eşidilməyə başladı. Vəhşi qışqırıqları eşidilirdi. Uşaqların ürəyi həyəcandan sürətlə döyünərkən hamamın qapısını qırıb içəri girdilər.

Onlar EOKA yunanları idi.

Ana və övladlarını heç rəhm etmədən öldürdülər.

33 atəş!

*

Bu "Qanlı Yeni il” gecəsi mürhum jurnalist Ömər Sami Coşar tərəfindən bir foto ilə ölümsüzləşdirilmişdi. Heç vaxt ağlımızdan çıxmayacaq o foto Kiprdə insanlığa qarşı edilmiş zülmü görməzdən gələn Qərbin üzünə şillə kimi dəydi.

EOKA (Kiprlilərin Milli Mübarizə Təşkilatı) polkovnik Georgios Grivas tərəfindən qurulmuşdu. Bu təşkilatın məqsədi Kiprdəki türkləri qətl etmək idi.

**

Mürüvvət xanımı alnından vurmuşdular və bədənində ümumilikdə 8 güllə izi vardı. Muradda üç, Kutsidə isə 2... Evin kişisi isə Türk Silahlı Ordusunda hərbiçi idi. O evdə deyildi, çünki həmin ərəfə 103 türk kəndinə hücum edilmişdi.

**

Onun başına ən böyük faciə gəlmişdi və o, övladlarının meyitlərini öz əlləri ilə yumuşdu. 10 aylıq Hakanın bədənində güllə yarası yox idi. Hakan onu bərkdən qucaqlayan anasının altında qalaraq nəfəssizlikdən boğularaq ölmüşdü.

**

Bəs sonra nə oldu?

Sonra oralara yunanlar məskunlaşıböz taborlarını qurdular. Girişinə də "Cəsursansa, gəl al!” yazdılar.

İndisə orada bir muzey açıblar. Barbarlıq muzeyi. Unudulmasın deyə. "İnsan” olan unutmasın deyə.

**


Hə, indi də heç vaxt unutmamalı olanlara baxırıq...

Milli Qəhramanımız Rauf Denktaşın vəzifəsində əyləşən, Kipr Türk Respublikasının prezidentinin açıqlamasına baxın:

"1974-cü ildə baş verənlər, biz adını Barış Hərəkatı qoysaq da, müharibə idi və axan qan idi. İndi də adını Barış Pınarı qoysaq da, yenə axan qandır”.

Deyir ki, PKK ilə dialoqa girməliyik.

**

Beynimizə və ruhumuza həkk olunmuş həmin fotonu "Nankorluq” medalı kimi Şimali Kipr Türk Respublikasının prezidentinə verirəm.

Bilirəm, bu "medalı” çərçivələdib otağından asmayacaq, amma bəlkə beynindən asar!

Yılmaz Özdil


Tərcümə etdi: Ulucay Akif



İmza:

YAZARIN ARXİVİ

SON XƏBƏRLƏR
2019-11-14


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (93.33%)
Pullsuz (6.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK