ANA SƏHİFƏ / MƏDƏNİYYƏT

Əbülfəs Qarayev Yaradıcı və Mədəniyyət Sənayelərinin nümayəndələri ilə görüşüb

38983    |   2019-10-09 13:29
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Azərbaycan Milli Xalça Muzeyində Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayevin iştirakı ilə ölkədə Yaradıcı və Mədəniyyət Sənayeləri (YMS) sahələrində (musiqi, dizayn, memarlıq, moda sənəti, sənətkarlıq, təsviri sənət, film, video, foto sənəti, ədəbiyyat və nəşriyyat, reklam, TV və radio yayımı, oyunlar və yaradıcı texnologiyalar) fəaliyyət göstərən aparıcı şirkətlərin rəhbərləri, prodüserlər və fərdi ekspertlərlə görüş təşkil edilib.

Görüş iştirakçılarını salamlayan Əbülfəs Qarayev Azərbaycanda YMS-lərin inkişafı istiqamətində aparılan fəaliyyətlər və perspektiv planlar haqqında qısa məlumat vermişdir və qeyd edib ki, görüşün məqsədi YMS nümayəndələri ilə fikir bölgüsünün aparılması, əməkdaşlıq mühitinin yaradılması və gələcəkdə birgə inkişaf layihələrinin həyata keçirilməsidir.

Ardından Mədəniyyət Nazirliyinin Aparat rəhbərinin müavini - Beynəlxalq əməkdaşlıq və innovativ inkişaf şöbəsinin müdiri Vasif Eyvazzadə "Yaradıcı və Mədəniyyət Sənayeləri” haqqında təqdimat edərək bu sənayelərin dünyada və ayrı-ayrı ölkələrin iqtisadiyyatında rolu, sosial töhfəsi haqqında nümunələr gətirib. Tədqimatda həmçinin Azərbaycanda YMS-lərin potensial imkanları və mövcud çətinliklər, nazirlik tərəfindən görülmüş işlər və gələcək planlar barəsində məlumat verilib.

Təqdimatdan sonra nazir Əbülfəs Qarayev YMS-lərə dair ölkədə potensial imkanlar, YMS-lərin inkişafı istiqamətində mövcud fəaliyyətlər və gələcək planlara dair geniş nitqlə çıxış edib. Nazir cənab Prezident İlham Əliyev tərəfindən həyata keçirilən Azərbaycanın iqtisadiyyatının şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafı prosesində YMS-lərin də inkişafının böyük rol oynadığını vurğulayıb.

Görüş iştirakçıları da öz növbəsində mövzu ətrafında çıxışlar edərək, müvafiq sahələrlə bağlı öz rəy və təkliflərini təqdim ediblər. Nazir Əbülfəs Qarayev təkliflərin "Azərbaycanda 2020-2030-cu illər üzrə Yaradıcı və Mədəniyyət Sənayelərinin İnkişafına dair Strateji Yol Xəritəsi”nin hazırlanması prosesində nəzərə alınacağını qeyd edib və bu qəbildən olan görüşlərin gələcəkdə də keçirilməsinin məqsədəuyğun olduğunu bildirib.




İmza:

Aqil Abbas: “Dolma bizimdirsə, festivalında niyə Braziliya çempion olur?” - VİDEO

“Muğam Televiziya Müsabiqəsi” laureatlarının konserti olub

Türkiyə televiziyası Azərbaycanın 28 May Respublika Gününü təntənə ilə qeyd edəcək - VIDEO

Bu, Fuad Poladovdur, onu ayaq üstə alqışlamaq lazımdır - Eminquey yazır

Romada Rafaelin ölümünün 500 illiyinə həsr olunmuş sərgi iyunda keçiriləcək

Əbülfəs Qarayev Mədəniyyət naziri vəzifəsindən azad edilib

"Mona Liza"nı 50 milyard avroya satmaq təklif olunub

Azərbaycanda Kino Şurası yaradıldı

Aşıq Əhmədin həyatı və sənət yolu

Yeni tələblərin şamil olunacağı turizm subyektlərinin sayı arta bilər

Xalq artisti ölüm xəbərini yazanlara səsləndi: “Zeynəb hələ ölməyəcək!”

Azərbaycanda bu qoruqlara giriş ödənişsiz oldu

SON XƏBƏRLƏR
2020-06-01
2020-05-31


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.23%)
Pullsuz (10.77%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK