Ceyhun Bayramovla İshaq Dar arasında görüş keçirilib

İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Xankəndidə keçirilən 17-ci sammiti çərçivəsində Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə pakistan həmkarı İshaq Dar arasında görüş keçirilib.
Bu barədə Adalet.az Pakistan XİN başçısının "X" sosial şəbəkəsindəki paylaşımına istinadən məlumat verir.
Tərəflər ikitərəfli münasibətlərin cari vəziyyətini müzakirə edib, müxtəlif sahələrdə əməkdaşlığın daha da dərinləşdirilməsinə hazır olduqlarını təsdiq edib və yüksək səviyyəli fikir mübadiləsinin əhəmiyyətini qeyd ediblər.
"Biz yüksək səviyyəli son mübadilələrin ikitərəfli əlaqələrimizi daha da gücləndirdiyini təsdiq etdik və müxtəlif sektorlarda əməkdaşlığın dərinləşdirilməsinə sadiqliyimizi ifadə etdik", - paylaşımda qeyd olunur.
İshaq Dar Azərbaycanı sammitin uğurla təşkil edilməsi münasibətilə təbrik edib və ölkənin İƏT-in fəaliyyətindəki fəal rolunu yüksək qiymətləndirib.
Xatırladaq ki, bu gün Xankəndi ilk dəfə ECO liderlərinin sammitinə ev sahibliyi edəcək. Tədbirdə Türkiyə, Özbəkistan, Qırğızıstan, Tacikistan və Türkmənistan da daxil olmaqla 10 üzv ölkənin yüksək səviyyəli nümayəndə heyətləri iştirak edir.
Sammitdə müşahidəçi qismində ŞKTC nümayəndə heyəti də iştirak edir.
Digər Xəbərlər

Azərbaycan və Almaniya arasında siyasi məsləhətləşmələr aparıldı

Ərdoğan Şuşanın İƏT-in 2026 mədəniyyət paytaxtı seçilməsi münasibətilə təbrik edib

Emoməli Rəhmon: "Tacikistan ECO-ya üzv ölkələrlə ticarət dövriyyəsini artırmaqda maraqlıdır"

Azərbaycan-Özbəkistan münasibətləri: Bölgənin gələcəyini müəyyənləşdirəcək əsas sütunlardan biri

Ərdoğan: Xankəndi şəhərinin sülh mərkəzi olacağına ürəkdən inanıram

Şahbaz Şərif: Xankəndidə tarixi sammit yüksək səviyyədə təşkil olunub

Şahbaz Şərif: Hindistan Pakistana qarşı sudan silah kimi istifadə edir
