hacklink Adalet.az | ADU-da Sovet-Türk kollokviumunun 30 illiyinə həsr olunmuş tədbir keçiriləcək Adalet.az | ADU-da Sovet-Türk kollokviumunun 30 illiyinə həsr olunmuş tədbir keçiriləcək Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / ELM VƏ TƏHSİL

ADU-da Sovet-Türk kollokviumunun 30 illiyinə həsr olunmuş tədbir keçiriləcək

6226    |   2019-10-09 11:16
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Oktyabrın 12-də Azərbaycan Dillər Universitetində (ADU) AMEA "Türkologiya" jurnalı, Bakı Yunus Əmrə İnstitutu və Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun birgə təşkilatçılığı ilə "Kitabi – Dədə Qorqud” dastanına həsr olunmuş Sovet-Türk kollokviumunun 30 illiyinə və dastanın yeni tapılmış "Salur Qazanın yeddi başlı əjdahanı öldürməsi” adlı boyunun müzakirəsinə həsr olunmuş dəyirmi masa keçiriləcək. Dəyirmi masada Azərbaycanın və Türkiyənin görkəmli alimləri iştirak edəcək.

Elmi yığıncaq iki hissədən ibarət olacaq. Sovet-Türk” kollokviumunun (1988) 30 illiyinə həsr olunan yığıncağın birinci hissəsi akademik Teymur Kərimli və professor Osman Fikri Sərtqayanın moderatorluğu ilə keçiriləcək. Bu bölmədə ADU-nun rektoru, "Türkologiya” jurnalının baş redaktoru, akademik, Xalq yazıçısı Kamal Abdulla, Yunus Əmrə İnstitutunun direktoru Cihan Özdemir, Beynəlxalq Türk Mədəniyyəti İrsi Fondunun Prezidenti Günay Əfəndiyeva, türkiyəli professorlar Əhməd Bican Ercilasun, Saim Sakaoğlu, Fikrət Türkmən, professor Tofiq Məlikli, AMEA-nın Folklor İnstitutunun direktoru, ADU-nun Azərbaycan ədəbiyyatı kafedrasının müdiri, akademik Muxtar İmanov, AMEA Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu çıxış edəcəklər.

"Kitabi-Dədə Qorqud” dastanının yeni tapılmış "Salur Qazanın yeddi başlı əjdahanı öldürməsi” boyunun müzakirəsinə həsr olunacaq iclasın ikinci hissəsi tanınmış türkoloq alim professor Əhməd Bican Ercilasunun və akademik Möhsün Nağısoylunun moderatorluğu ilə Azərbaycan və Türkiyəli alimlərin birgə iştirakıyla keçiriləcək. Bu bölmədə Ege Universitetinin professoru Metin Ekici, AMEA-nın Folklor İnstitutunun şöbə müdiri, professor Ramazan Qafarlı, Balıkesir Universitetinin professoru Ali Duymaz, türkiyəli professorlar Əhməd Bican Ercilasun, Osman Fikri Sertkaya, Bakı Dövlət Universitetinin "Türkologiya” kafedrasının müdiri, professor Ramiz Əskər, AMEA-nın Folklor İnstitutunun şöbə müdiri Əfzələddin Əskər, AMEA-nın Folklor İnstitutunun şöbə müdiri, professor Seyfəddin Rzasoy çıxış edəcəklər.



İmza:

Səudiyyə Ərəbistanının Neft-qaz və Minerallar Universitetinin nümayəndələri Bakı Ali Neft Məktəbində

BDU-da Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibi Haulin Jao ilə görüş keçirilib

Məleykə Abbaszadə: Yuxarı vəzifələrdə işləmək üçün müraciət edənlərin sayı azdır

Bakı Ali Neft Məktəbi Texas A&M Beynəlxalq Universiteti ilə müqavilə imzaladı

Emin Hüseynov Bakı Ali Neft Məktəbində master-klass keçib

Bakı Ali Neft Məktəbinin 8 yaşı tamam olur

ADU-nun rektoru Mərakeşin Cadi Ayyad Universitetinin prorektoru ilə görüşüb

BMT-nin Təlim və Tədqiqat İnstitutunun saytında Bakı Ali Neft Məktəbi haqda məqalə dərc olunub

Azərbaycan Universitetində gender mövzusunda beynəlxalq konfrans keçirilib

Bakı Ali Neft Məktəbində “Mühəndislər üçün biznes təhsili” layihəsinə start verildi

Türkiyəli professor ADU-ya gəldi - FOTO

Bakı Ali Neft Məktəbində Layihə İdarəetmə Məktəbinin Məzun Günü keçirildi

SON XƏBƏRLƏR
2019-12-13
2019-12-12


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (88%)
Pullsuz (12%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Yayın cırhacırı Abdal Qasım oturubmuş, görür iki erməni bərkdən danışa-danışa gəlir.

Yanındakı dostuna deyir:

- Ə, bu köpəyuşağları bu istidə bu dildə nətəhər danışırlar ey?!




digər lətifələr
ARXİV
FACEBOOK