nulled forum hacklink satın al hacklink al Hack haber epin scripti warez forum warez script hacklink nulled scripts warez forum xenforo nulled Adalet.az | Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Üzüm və Şərab Festivalında təşkil edilən pavilyonlarla tanış olub (FOTO) Adalet.az | Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Üzüm və Şərab Festivalında təşkil edilən pavilyonlarla tanış olub (FOTO) Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / GÜNDƏM

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Üzüm və Şərab Festivalında təşkil edilən pavilyonlarla tanış olub (FOTO)

4635    |   2019-09-01 13:15
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Avqustun 31-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Şamaxı rayonunun Meysəri kəndində keçirilən Azərbaycan Üzüm və Şərab Festivalı çərçivəsində təşkil olunan sərgi və pavilyonlarla tanış olub.

Adalet.az-ın məlumatına görə, festival Heydər Əliyev Fondunun dəstəyi, Kənd Təsərrüfatı Nazirliyi, Şamaxı Rayon İcra Hakimiyyəti, "Regional İnkişaf” İctimai Birliyi, Dövlət Turizm Agentliyi və Azərbaycan Milli Xalça Muzeyinin birgə təşkilatçılığı ilə keçirilib. Tədbir "Şirvan şərabları” MMC-nin üzümçülük və şərabçılıq kompleksi ərazisində təşkil olunub.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva yerli üzüm və şərab istehsalçıları ilə görüşüb, müəssisələrin pavilyonları ilə tanış olub.

Qeyd edək ki, layihənin məqsədi yerli üzüm və şərab istehsalının təşviqi, şərab məhsullarının ixrac potensialının artırılması, Azərbaycanda şərab istehsalı tarixinin geniş ictimaiyyətə çatdırılmasıdır.

Avqustun 30-dan başlayan festival çərçivəsində üzüm istehsalı və şərabçılıq, ölkənin turizm potensialı ilə bağlı müxtəlif tədbirlər keçirilib.

Avqustun 31-də festival tədbirləri başlayanadək yoqa, streçinq və taekvondo məşqləri keçirilib. Festival iştirakçıları, həmçinin İsmayıllı rayonunun Lahıc kəndinə, Qəbələ və Şamaxı rayonları ərazilərinə ekskursiyalara gediblər.

Festival çərçivəsində Azərbaycan xalçaçılıq sənətində üzüm və şərab motivlərinə həsr olunmuş seminar keçirilib. Beynəlxalq və yerli ekspertlərin iştirakı ilə şərabçı və somalyelərin master klasları olub. Yerli şərab istehsalçıları öz müəssisələri barədə təqdimatlarla çıxış edib, məhsullarının dequstasiyasını keçiriblər.

Milli zonada Azərbaycanın ayrı-ayrı bölgələrinə məxsus xalq sənəti növlərinə – misgərlik, xalçaçılıq, şəbəkə, dulusçuluq kimi müxtəlif sahələrə aid yaradıcılıq nümunələri, onların hazırlanması prosesi, milli mətbəx mədəniyyəti təqdim edilib.

Bununla da ikigünlük festival başa çatıb.



İmza:

Türkiyədən Azərbaycana müasir silah-sursat və hərbi texnika tədarük olunacaq

İlham Əliyev Artur Rasi-zadəyə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordenini təqdim etd - YENİLƏNİB

Azərbaycan və Türkiyə ticarət dövriyyəsini 15 milyard dollaradək artırmağa qadirdir

Vilayət Eyvazov Şirvanda qəbul keçirəcək

Konstitusiya Məhkəməsi seçki protokolları ilə bağlı məlumat yayıb

"Azərenerji" Bakıda işıqların sönməsinin səbəblərini açıqladı

Çili ilə əməkdaşlıq müzakirə olunub

Valideynsiz uşaqların övladlığa götürülməsi qaydası təsdiqləndi

DSX rəisi istefaya buraxılan generallarla görüşüb

Consonun elçisindən İlham Əliyevə maraqlı hədiyyə

Şura hesabat konfransı keçirdi və 2020-ci ilin prioritetlərini açıqladı

İçərişəhərin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsinin 20 illiyi qeyd olunacaq

SON XƏBƏRLƏR
2020-02-28
2020-02-27


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90%)
Pullsuz (10%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Əsgər qaça-qaça gəlir:

- Cənab kapitan, cənab kapitan, bizim taqım komandiri yenə içib…

Kapitan:

- Hardan bilirsən?

Əsgər:

- Necə yəni hardan bilirəm? Üzünü sabunlayıb güzgünü qırxır.





digər lətifələr
ARXİV
FACEBOOK