nulled forum hacklink satın al hacklink al warez forum warez script hacklink nulled scripts warez forum xenforo nulled Adalet.az | Yasamalda reyd - Cəriməsini ödəməyən 25 sürücü saxlanılıb Adalet.az | Yasamalda reyd - Cəriməsini ödəməyən 25 sürücü saxlanılıb Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / GÜNDƏM

Yasamalda reyd - Cəriməsini ödəməyən 25 sürücü saxlanılıb

4124    |   2019-08-28 17:32
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bu gün Yasamal rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsi ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi, inzibati hüquqpozmalara qarşı gücləndirilmiş əməliyyat-profilaktik, profilaktik-maarifləndirmə tədbirləri keçirib.

Profilaktik tədbirdə Yasamal rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən yollarda piyadaların müəyyən olunmamış ərazilərdən keçməsi, ödənilməyən cəriməsi olan və yol hərəkəti qaydalarını pozan sürücülər aşkarlanıb.

Yasamal rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşı, polis serjantı Zaur Cahangirov bildirib ki, gün ərzində keçirilən tədbir nəticəsində ödənilməmiş cəriməsi olan 25 avtomobil müəyyən edilərək saxlanılıb:

"19 sürücü cəriməni yerində ödədiyi üçün buraxılıb. Qalan sürücülərə xəbərdarlıq edilib. Bundan başqa, gün ərzində 16 sürücü təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün saxlanılıb. 3 sürücüyə inzibati qaydada protokol tərtib edilib, 13 sürücüyə isə maarifləndirici xəbərdarlıq edilib.

Həmçinin, gün ərzində piyadalar üçün müəyyən edilməmiş yerlərdən keçdiyi üçün 36 piyada saxlanılsa da, onlara protokol tərtib edilməyib, yol hərəkəti qadalarına riayət olunması barədə maarifləndirilib. Məqsədimiz heç də sürücü və piyadaları cərimələmək deyil, onları qaydalara əməl etməyə çağırmaqdır. Bilirsiniz ki, Bakı şəhərində baş verən yol qəzalarının 60 faizə yaxını piyadaların vurulması ilə əlaqədardır. Buna görə də bu gün cəmiyyətdə ictimaiyyətin marifləndirilməsinə ehtiyac var. İnanırıq ki, apardığımız maarifləndirmə tədbirləri bu sahədə müsbət nəticələr verəcək".(trend)




İmza:

SOCAR-da Wood Group şirkətlər qrupunun təmsilçiləri ilə görüş keçirilib

Nazirliyin müavinət və təqaüd ödədiyi şəxslərin sayı açıqlandı

Şagirdlərin qısnanma hallarına görə 20 nəfər cəzalandırılıb, 1 nəfər işdən azad edilib

Azərbaycan 27 ölkə üçün peyk xidməti göstərir

Mikayıl Cabbarov: "Azərbaycan Davos İqtisadi Forumunun..."

Nazirlər Kabinetində 4 şöbənin müdir vəzifəsi bu şəxslərə həvalə olundu

Azərbaycan və Türkiyə Dəmir Yolları arasında yeni razılaşma imzalanıb

Mədəniyyət naziri BMT-nin İnkişaf Proqramı ilə bu il üçün nəzərdə tutulan layihələri müzakirə edib

Yol polisi "Sədərək" dairəsində sürücülərə "tələ qurulması" xəbərini təkzib etdi

Koronavirusla əlaqədar Ağciyər Xəstəlikləri İnstitutunda xüsusi palatalar ayrılıb

Azərbaycan dəmir yolunda qatarlar koronavirusla bağlı dezinfeksiya olunur

Azərbaycanda yüksək maaşlar olan sahələr açıqlanıb

SON XƏBƏRLƏR
2020-01-29
2020-01-28


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90.32%)
Pullsuz (9.68%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Sovet dönəmi. Vəli Xramçaylı universitetin jurnalistika fakültəsində oxuyur. Ateizm müəllimi Qədim Mustafayev Allahın yoxluğu ilə bağlı mühazirə oxuyur və sonda bir-bir tələbələri durğuzub deyir:

- Denən Allah yoxdur.

Hamı bir-bir deyir ki, Allah yoxdur. Axırda sıra Vəli Xramçaylıya çatır, o dillənmir. Qədim müəllim soruşur:

- Sən niyə demirsən?

Vəli Xramçaylı:

- Məllim, yoxdusa yoxdu, varsa niyə yoxdu deyib Allahla aramı vurum?!





digər lətifələr
ARXİV
FACEBOOK