nulled forum hacklink satın al hacklink al epin scripti warez forum warez script hacklink nulled scripts warez forum xenforo nulled Adalet.az | Qida Təhlükəsizliyi İnstitutu baytar həkim vəzifələrinə işə qəbul elan edir Adalet.az | Qida Təhlükəsizliyi İnstitutu baytar həkim vəzifələrinə işə qəbul elan edir Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MƏMLƏKƏT

Qida Təhlükəsizliyi İnstitutu baytar həkim vəzifələrinə işə qəbul elan edir

4657    |   2019-08-20 11:06
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu Bakı şəhəri və regionlar üzrə qida təhlükəsizliyi nəzarət məntəqələri sahəsində həyata keçirilən uzunmüddətli layihə çərçivəsində baytar həkim vəzifələrinə işə qəbul elan edir.

Vəzifə və öhdəliklər:

- qida və emal üçün nəzərdə tutulan heyvan mənşəli məhsulların və xammalın zəruri baytar-sanitar keyfiyyətinin təminatına zəmanət vermək;

- mərkəzi və yerli icra hakimiyyəti orqanları və vəzifəli şəxslər, tabeliyindən və mülkiyyət formalarından asılı olmayaraq idarə, müəssisə və təşkilatlar, ictimai birliklər, beynəlxalq təşkilatlar, xarici hüquqi şəxslər, heyvan və heyvandarlıq məhsullarının sahibləri olan Azərbaycan Respublikasının vətəndaşları, əcnəbi vətəndaşlar və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının baytarlıq təbabəti qanunvericiliyinə əməl edilməsinə nəzarət etmək;

- Azərbaycan Respublikasının ərazisini xarici dövlətlərdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmasında iştirak etmək;

- ətraf mühiti çirklənmədən mühafizə etmək işinə köməklik göstərmək;

- baytarlıq elminin inkişafını və nailiyyətlərinin tətbiqini təmin etmək.

Namizədə tələblər:

  • Baytarlıq sahəsində qanunvericiliyi və Azərbaycan Respublikasının Qanunlarını bilməli;
  • İnzibati ərazi vahidlərinin iqtisadi potensialları haqqında məlumatlı olmalı;
  • Ali təhsil tələbi: Bakalavriat səviyyəsi – Baytarlıq təbabəti. Magistratura səviyyəsi arzuolunandır.

Təcrübəyə dair tələb: Mütəxəssis vəzifələrində minimum 3 illik iş təcrübəsi;

  • Azərbaycan dilini səlis bilməlidir. Rus və ya ingilis dili arzuolunandır;
  • Yaş həddi: 45-dək

Şərtlər:

  • İş qrafiki: Tam iş günü.
  • Əmək haqqı 600-800 manat.

Üstünlüklər:

  • Əmək fəaliyyəti zamanı istehsalatdan ayrılmadan aidiyyəti təlim, təkmilləşmə və yenidənhazırlanma təlimlərinə cəlb olunması

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə "AQTİ layihəsi-Baytar həkim” yazaraq15.09.2019 tarixinə qədər hr.aqti@afsa.gov.aze-poçt ünvanına göndərmələri xahiş olunur.

Tələblərə cavab verən namizədlərin CV-ləri təhlil edilərək müsahibəyə dəvət olunacaqdır.

Qeyd: Yalnız tələb olunan sahəyə dair CV-lərə baxılacaqdır.

Suallar ilə bağlı bu nömrə ilə əlaqə saxlaya bilərsiniz:

+99412 377-00-20 (532) İnsan resursları və sənədlər ilə iş şöbəsi




İmza:
SON XƏBƏRLƏR
2020-02-24
2020-02-23


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90%)
Pullsuz (10%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Bir nəfər məscidə namaz qılmağa gəlir. Namaz qılarkən biri yaxınlaşır ki, alnını canamaza düz qoymursan. Başqası deyir, ayaqlarını düz cütləməmisən. Bir başqası deyir ki, əllərini dizinin üstünə düz qoymursan. Birisi də deyir, əllərini sinəndə düz tutmursan.

Dilxor olur, kövrəlib məsciddən çıxır.

Göydən səda gəlir ki, ey mənim övladım, niyə ağlayırsan?

- Allahım, məni məscidə buraxmadılar.

Göydən yenə səda gəlir:

- Dilxor olma, övladım, heç çoxdandı məni də məscidə buraxmırlar.





digər lətifələr
ARXİV
FACEBOOK