viagra sipariş viagra satış palo santo viagra fiyatları viagra fiyatı time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri izmir escort live bet Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | Çinin Xalq Siyasi Məşvərət Şurasının üzvü ADU-da Adalet.az | Çinin Xalq Siyasi Məşvərət Şurasının üzvü ADU-da Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / ELM VƏ TƏHSİL

Çinin Xalq Siyasi Məşvərət Şurasının üzvü ADU-da

1841    |   2019-08-14 12:22
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Azərbaycan Dillər Universiteti (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda ADU-nun rektoru, akademik Kamal Abdullanın dəvəti ilə Azərbaycana gələn Çin Sosial Elmlər Akademiyası Siyasi Elmlər İnstitutunun direktoru, Çin Xalq Siyasi Məşvərət Şurasının üzvü, professor Çjan Şuhua başda olmaqla Pekindən gələn elmi və pedaqoji işçilərdən ibarət nümayəndə heyəti ilə görüş keçirilib.

Adalet.az-ın məlumatına görə, görüşdə çıxış edən ADU-nun Elm və innovasiya məsələləri üzrə prorektoru, professor Sevinc Zeynalova təhsil sahəsində Azərbaycan-Çin əməkdaşlığının əhəmiyyətini qeyd edərək universitetlər arasında elmi əməkdaşlığın genişləndirilməsinin, o cümlədən birgə tədqiqat layihələrinin həyata keçirilməsinin, elmi konfransların təşkilinin vacibliyini vurğulayıb. Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov tarixi İpək Yolunun dirçəlməsi ilə qlobal "Bir kəmər və bir yol” Çin layihəsinin həyata keçirilməsi istiqamətində aparılan araşdırmalarda ixtisaslaşan rəhbərlik etdiyi qurumun elmi və ictimai fəaliyyəti, tədris prosesi barədə qonaqlara məlumat verib. O, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2015-ci ildə Çinə rəsmi səfəri zamanı imzalanmış "Azərbaycan Respublikası Hökuməti və Çin Xalq Respublikası Hökuməti arasında "İpək Yolu İqtisadi Kəməri”nin yaradılmasının birgə təşviqinə dair Anlaşma Memorandumu”nun əhəmiyyətini vurğulayıb.

Çin nümayəndə heyətinin üzvləri Siyasi Psixologiya Mərkəzinin rəhbəri, Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı daimi nümayəndə heyətinin rəhbəri, professor Səməd Seyidov ilə görüşüblər. Görüşdə Azərbaycan-Çin münasibətlərinin inkişafı, Çinin siyasi inkişafının xüsusiyyətləri, islahatların aparılması və açılması siyasətləri, Çin xüsusiyyətləri ilə sosializmin qurulmasının nəzəri cəhətləri müzakirə edilib. Professor Çjan Şuhua Çinin siyasi inkişafının beynəlxalq əhəmiyyəti və beynəlxalq münasibətlərin demokratikləşməsinə həsr olunmuş "Dünya Siyasətindəki dəyişikliklər və Çinin yeni dövrü” mövzusunda məruzə ilə çıxış edib.

Qonaqlar Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərovla da görüşüblər. İclasda ekoloji sivilizasiya konsepsiyasının davamlı inkişaf məqsədi kimi yaşıl iqtisadiyyat, yaşıl həyat tərzi, o cümlədən demoqrafiya və yeni istehlakçı mədəniyyətinin formalaşması proseslərinin planlaşdırılması və idarə olunması sahəsində Azərbaycan-Çin elmi əməkdaşlığının perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Daha sonra çinli alimlər Sosial Tədqiqatlar Mərkəzində İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Zahid Orucla görüşüblər. Görüşdə Çinin sosial siyasət və sosial islahatlar sahəsindəki təcrübəsi ilə bağlı fikir mübadiləsi aparılıb, birgə tədqiqat layihələrinin həyata keçirilməsi planları müzakirə edilib. Çindən gələn qonaqlar – Çin Klassik Tibb Elmi-Tədqiqat İnstitutunun direktoru, professor Syuehun Fan və Pekin Bədən Tərbiyəsi və İdman Universitetinin professoru Tao Men ənənəvi Çin təbabəti, sağlamlıq üçün gimnastika "Tai Chi chuan” və təkbətək döyüş sənətinin "Wushu” əsasları mövzusunda master-klasslar keçiriblər.




İmza:

Məktəbəhazırlıq qruplarının müəllimləri üçün təlimlər keçiriləcək

Bakı Ali Neft Məktəbinə qəbul planı 100 faiz dolub

Peşə təhsili müəssisələrinə sənəd qəbulu başladı

Valideynlər, əliniz cibinizdə olsun: məktəbli yarmarkalarındakı - QİYMƏTLƏR

ADU-nun Əlavə təhsil və təcrübə fakültəsinə qəbulun vaxtı uzadılıb

Peşə təhsili müəssisələrinə sənəd qəbulunun nəticələri bu gün elan olunacaq

Peşə təhsili müəssisələrinə sənəd qəbulunun son günüdür

Orxana aylıq 100 manat və pulsuz yemək veriləcək

Abituriyentlər imtahan nəticələri haqqında elektron arayış əldə edə biləcəklər - YENİLİK

672 bal toplayan abituriyent ADU-nu seçib

Universitetə qəbul oldu, atası attestatını gizlətdi: "Çünki ögey bacım ali məktəbə daxil olmadı"

Vasif Talıbov yüksək bal toplayan tələbələrə mükafat verdi

SON XƏBƏRLƏR
2019-08-23
2019-08-22


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa “Linfild” ?

"Qarabağ" (80%)
“Linfild” (20%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Dünən yazıçı Samirə Zeynalovanın ad günü idi. Onu dəlicəsinə sevən Vəli Xramçaylının möhtəşəm məhəbbətindən də xəbərdarsınız. Qısası...
İkisi  ayrıca qeyd etdilər. Restoranda. Qarson toy havası vermək üçün tanıdığınız o üzərliyi yandırır. Yəni atır boşqabın içinə, tüstülədə- tüstülədə gəlir onların yanına " göz dəyməsin ".
boşqabı Samirənin başına fırladır və xanım onun qabına babat pul qoyur. Qarson sevinə- sevinə Vəli Xramçaylıya yanaşanda Samirə qışqırır :
- Ə bura gəl , ə. Nə iş görürsən? Onu da tüstüyə verirsən ki, göz dəyməsin? Ə, bir diqqətlə bax də... O boyda adamda göz dəyəcək bir şey görürsən ?!
-- ...



digər lətifələr
ARXİV
FACEBOOK