Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | Azercell futbol azarkeşlərini internetlə təmin etdi Adalet.az | Azercell futbol azarkeşlərini internetlə təmin etdi Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / TEXNOLOGİYA

Azercell futbol azarkeşlərini internetlə təmin etdi

9137    |   2019-05-30 12:44
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

  • Azercell və Ericsson Bakı Olimpiya Stadionunda keçirilən final oyunu zamanı futbol azarkeşlərini üstün mobil şəbəkə ilə təmin etdi.
  • Ericsson Radio Sistemi Azercell şəbəkəsininin tutumunu üçqat artırmaqla, azarkeşlərə video yayımı etmək və yüksək keyfiyyətli xidmətlərdən faydalanmaq imkanı yaratdı.
  • Ericsson şəbəkənin tutumunu artıran və etibarlı bağlantını təmin edən unikal kompleks həll tətbiq etdi.

Azərbaycanın aparıcı mobil rabitə xidmətləri təminatçısı Azercell və Ericsson (NASDAQ: ERIC) ölkə paytaxtında yerləşən Bakı Olimpiya Stadionunda radio giriş şəbəkəsi (RAN) və transmissiya şəbəkəsini modernləşdirdi. Stadion çoxstandartlı Ericsson Radio Sistemi avadanlıqları, o cümlədən transmissiya və Elastik RAN funksionallığı ilə daha sıx təmin olundu. Ericsson-nun bu həlli 74 radio sektorundan ibarət geniş şəbəkəyə vahid baza stansiyası şəklində işləməyə, beləliklə də resursların idarə olunmasını optimallaşdırmağa və istifadəçi rahatlığını artırmağa imkan verdi.

Unikal Ericsson Radio Sistemi həlli Azercell-in genişzolaqlı mobil internet tutumunu üçqat artıraraq, azarkeşlərə oyunlar zamanı öz smartfonları vasitəsilə yüksək keyfiyyətli video yayımı aparmağa, interaktiv rabitə xidmətlərindən və sosial şəbəkələrdən faydalanmağa imkan yaratdı.

Azercell son illərdə mobil internet istifadəçilərinin davranışlarında əhəmiyyətli dəyişikliklərin baş verdiyini müşahidə edib. Belə ki, istifadəçilərin böyük qismi şəkil çəkdirməkdən daha çox video qeydləri aparmağa üstünlük verir. 2014-cü ildə Braziliyada keçirilən Dünya Çempionatı smartfon istifadəçilərinin daha çox öz şəkillərini paylaşdığı və tamaşaçıların 60 faizinin keçirilən oyunlarla bağlı şəkillər yüklədiyi "selfie” tədbiri olub.

  • Ericsson-nun Elastic RAN (E-RAN) şəbəkəsi ilə sonsuz sayda telefon bütün şəbəkə üzrə koordinasiya edilir və istifadəçinin yerləşdiyi yerdən asılı olmayaraq şəbəkə əməliyyatlarının həyata keçirilməsi üçün çeviklik təmin olunur. Mobil şəbəkə daşıyıcılarının koordinasiyası və bir yerə cəmlənməsi internet sürətini və ümumilikdə şəbəkənin fəaliyyətini artırır. Məlumatları yollamaq üçün interfeyslər və E-RAN üçün lazım olan aşağı yubanma dərəcəsini təmin etmək üçün məlumat transmissiya həlli Ericsson Router 6000 məhsullarından istifadə etməklə hazırlandı. Stadion şəbəkəsi mərkəzləşdirilmiş RAN prinsipi əsasında və yüksək göstəricilərə malik və etibarlı DWDM əsaslı optik şəbəkə infrastrukturundan (Ericsson Fronthaul 6000 məhsulları əsasında) istifadə etməklə qurulub. Bu da öz növbəsində Azercell-ə etibarlı və bazarda ən yaxşı mobil yayım xidmətləri təqdim etməyə imkan verdi.
  • Azercell şirkətinin prezidenti Vahid Mürsəliyev bildirib: "Bugün rabitə insanları, ölkələri və cəmiyyətləri bir-birinə daha da yaxın edir. Bu xüsusi hadisə zamanı bizim üçün bir nömrəli prioritet öz abunəçilərimizə, yerli və əcnəbi futbol azarkeşlərinə, qonaqlara oyundan zövq almaq, bu inanılmaz tədbir ilə bağlı yaşadıqları emosiyaları və təəssüratları paylaşmaqlarına imkan yaratmaq olub. Azercell adından mən bizim dəyərli tərəfdaş olan Ericsson şirkətinə məkanı ən son şəbəkə həlləri ilə təchiz etməyə imkan verən öz beynəlxalq təcrübələrini bizimlə bölüşdüklərinə görə təşəkkür edirəm.”
  • ”Azercell ilə əməkdaşlıq etmək, Azərbaycanlı və xarici futbol azarkeşlərinə Azərbaycanda keçirilən mötəbər tədbir üçün Ericsson-un innovativ Elastik RAN həllini tətbiq etmək bizim üçün xoş və sevindirici haldır”- deyə Ericsson şirkətinin Azərbaycan ofisinin rəhbəri Arda Çetiner söyləyib.



İmza:

“Umico” ilə alış-veriş edərək “Azercell” nömrənizin balansını artırın

Bakcell və ASAN könüllüləri növbəti dəfə uşaqları sevindiriblər

“Bakcell” LTE şəbəkəsi üzrə Azərbaycanda ən böyük layihəni həyata keçirib

“Azercell”in dəstəklədiyi “Uşaq Qaynar Xətti”nə yayda 1547 müraciət daxil olub

"Apple" yeni "iPhone" modellərini təqdim edib

Azercell “ITU Telecom World 2019” beynəlxalq sərgisində innovativ xidmətlərini təqdim edir

Biznesinizi Azercell-in köməyi ilə daim müştərilərinizə bağlı saxlayın

"Facebook" "like"ları göstərməyəcək

Azercell korporativ müştəriləri üçün yeni “Biznesim İnternet Xətti” xidmətini təqdim edir

Bakıda M.A.P. Beynəlxalq Teatr Festivalı keçiriləcək - VİDEO

Helikopteri saatda 600 km sürətlə uçurtmağın üsulu tapıldı

"Instagram"da yeni messencer müjdəsi: maraqlı yeniliklər olacaq

SON XƏBƏRLƏR
2019-09-21
2019-09-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Sevilya"?

"Qarabağ" (60%)
"Sevilya" (40%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK