ANA SƏHİFƏ / YAZARLAR

ÖLÜMSÜZLÜYÜN ÜNVANI

Əbülfət MƏDƏTOĞLU

7659    |   2017-08-30 16:55
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Şəhidlər Xiyabanında etdiyimiz söhbət

(əvvəli ötən sayımızda)

... Bəli, onda 1992-ci ilin avqustu idi... Onda Aslan dördüncü kurs tələbəsi olmasına baxmayaraq hərbi həkim kimi odun-alovun içində səngər dostlarının, səngər qardaşlarının köməyinə tələsirdi. Bəzən yaralı döyüşçüləri sakitləşdirmək üçün onların başını sinəsinə sıxır, onların qanına bələnirdi. Bəzən də dözməyib əlini silaha atırdı. Bax belə bir məqamda onu səngərdən qərargaha çağırdılar, özü də təcili gəlməsini əmr etdilər.

Gəldi. Özünü təqdim etdi. Komandir onun üzünə baxmadan bircə kəlmə dedi:

- Abdullayev, təcili Bakıya getməlisən!

Aslan çaşıb qaldı. Döyüşün bu ağır məqamında, hər tərəfin qana boyandığı bu durumda, əlavə köməyə ehtiyac olduğu halda Bakıya getmək hardan çıxdı ortalığa. Bu nə məsələdi? Hərbçi olduğunu unudub etiraz etmək istədi. Komandir bir az da qətiyyətlə:

-Yaxşı yol, gecikmə! - dedi.

Gəncəyə gəldi. Burdakı qərargahda hər şeyi anladı. Qardaşı Şövqiyar şəhid olmuşdu.

Ürəyi sıxılıb, içi ağlasa da, təmkinli durdu. Çünki, o, kifayət qədər şəhid görmüşdü. O, əlləri ilə şəhid yarası bağlamışdı, yaralının mərmi qoparan əlini, qolunu sarımışdı. Ovcunun içiylə şəhid gözləri qapatmışdı. Amma indi başqa idi, söhbət canı-qanı bir olan qardaşından gedirdi. Ona görə də həyat onun üçün bir anlıq dondu və bu günə qədər də həmin o xəbərin ürəyindəki yeri donmuş, keyimiş vəziyyətdə qalır. O, hələ də qardaşının şəhid olmasına inanmır. Elə Gəncədən Bakıya yola düşəndə də, evlərinə tələsəndə də, Şəhidlər Xiyabanına gələndə də qardaşının yoxluğuna inanmadı. Ona görə ki, Şəhidlər Xiyabanında burda yatanlardan hansınınsa öldüyünü düşünməyin özü günahdı. Çünki bura ölümsüzlük ünvanıdı. Bu xiyabanda Allahın öz dərgahına apardığı, öz sevgisiylə yaşatdığı şəhidlərin cisimləri torpağa tapşırılıb...

Şəxsən mən hər dəfə Şəhidlər Xiyabanına gələndə bilirəm ki, təkcə ziyarətə yox, həm də milyonlarla diridən diri olan ruhlarla söhbət etməyə gəlirəm. O ruhlarla ki, onlar doğulduqları ocaqların, iməklədikləri torpağın və qanlarına hopdurduqları Vətənin göylərində dayanmaqla hər şeyi görür, hər şeyi eşidir və yaşayırlar. Onlar bir ocaqdan, bir evdən çıxıb, bir məmləkətə, bir xalqa aid olduqlarını səssiz, sözsüz ifadə edirlər. Hətta mən hələ müharibənin daş dövründə yazmışdım ki:

Müharibə - göz yaşı,

Mən torpağın xəstəsi.

Şəhid ol

sam, qəbrimə

Başdaşı - gül dəstəsi!

Bakıya gəldi. Evlərinə deyil, Fəxri Xiyabana tələsdi. O, Fəxri Xiyabana çatanda artıq Şövqiyarı uğrunda canından keçdiyi Vətən torpağına tapşırmışdılar. Gecikmişdi, vidalaşa bilməmişdi qardaşıyla. Onun gəlişini uzaqdan izləyən atası Cəmil müəllim oğlunun məzarından ayrılıb, Aslana tərəf yerimişdi. Aslan qollarını açıb atasına sarılanda ata oğlunu sinəsinə sıxıb, sonra bir addım özündən araladı:

-Mən sizi Vətən üçün böyütmüşəm. Siz Vətənin övladısınız. Vətənin qurbanını ağlamazlar.

Cəmil müəllimin həmin sözü düz iyirmi beş ildir ki, Aslanın qulaqlarında səslənir. Hər dəfə müharibədən, səngərdən, Vətənin Milli Qəhrəmanı Şövqiyardan söhbət düşəndə Aslan içindəki qürur hissini gizlədə bilmir...

Haşiyə: Tam səmimi etiraf edəcəm. Kimlərsə məni qınamasın. Mən ilk dəfə şəhidlərin məzarı başında, şəhidlərin xəbəri gələndə "Təki Vətən sağ olsun!" nidasını türk qardaşlarımızdan eşitdim, türk analarımızdan, atalarımızdan eşitdim. Sonra başladıq o yüksəkliyi fəth etməyə, o yüksəkliyi içimizə köçürməyə. Bax, 1992-ci ilin avqust ayının 27-də Göyçənin Nərimanlı kəndinin ədəbiyyat müəllimi Cəmil Abdullayevin oğlu, döyüşçü həkim Aslana dediyi söz də "Təki Vətən sağ olsun"un bir variantı, bir nümunəsi idi.


Vətən üçün böyüdülən övladlar

Yazımın birinci hissəsində vurğulamışdım ki, Cəmil müəllimlə Füruzə xanım səkkiz övlad böyütmüşdülər. Artıq onların dördü barəsində sizin məlumatınız var. Bu ailənin digər övladları Şəmsi, Sevinc və Kamran da həkimdirlər. Gülüş isə mühasibdir. Bu ailənin bütün övladları ali təhsillidir. Bu ailədə böyük əksəriyyət tibbə meyl göstərib, ağ xalata, insanlara yardımçı olmağa üstünlük verib və bu gün də öz peşələri, öz işləri ilə məşğuldurlar. Abdullayevlərin ən böyük üstünlükləri torpağa bağlılıqları və bir də Cəmil müəllimin tərbiyəsini, duzunu, çörəyini, Füruzə ananın südünü uca tutub, canlarına, qanlarına hopdurmalarıdır. İndinin özündə də ata-ana sözü, ağbirçək, ağsaqqal nəsihəti bu ailənin yazılmamış qanunudur. Üstəlik bu ailədə o dağlardan gələn saflıq, halallıq hakimdir. Mən əlimi ürəyimin üstünə qoyub and içə bilərəm ki, Şövqiyarı da, dostum Aslan həkimi də o torpağa bağlayan, o səngərə çəkib aparan məhz gendən gələn halallıq və dağ havası, çeşmə suyunun saflığı, üstəlik doğulduqları torpağın bərəkəti olubdur. Heç də təsadüfi deyil ki, mən Aslan həkimin Göyçədən olduğunu biləndə, hələ o zamanlar yazmışdım ki, Qarabağda şəhid olanlar dağ qartallarıdır. Onlar dağlarsız yaşaya bilmədiklərindən özlərini dağlar uğrunda şəhid verirlər. Necə deyərlər:


Çox qonaqlar yola saldıq özümüz

Çox tonqala çırpı olduq özümüz.

Cığırlara baxa-baxa gözümüz -

Bu dağlarda bir sən qaldın, bir də mən.


Quşqonmazlar ucalığa həddimi,

Bulaqların bir damarı qənddimi?

Ağrılara sındırmayıb qəddini -

Bu dağlarda bir sən qaldın, bir də mən.


Köçən köçdü, düşən düşdü atından

Kimlər susdu, kim danışdı adından?!.

Bu dağların çətin çıxar yadından -

Bu dağlarda bir sən qaldın, bir də mən...


Milli Qəhrəmanın qardaşı

Bu gün Aslan həkim 3 nömrəli Şəhər Klinik Xəstəxanasında cərrah kimi fəaliyyət göstərir. Onun ailə tarixçəsini bilməyənlər, onun cəbhə yolundan xəbərsiz olanlar bu, sarıyanız, bir az bədəncə zəif görkəmli həkimin nələrdən keçdiyindən təbii ki, xəbərsizdirlər. Üstəlik Aslan həkim özü də bu barədə danışmağı - özünüreklamı sevmir. Bunun da iki səbəbi var - birincisi, hələ 1992-ci ilin avqustunda atası Cəmil müəllimin dediyi "Sizi Vətən üçün böyütmüşəm" sözləridir. İkincisi isə, onun gözləri önündə, dizinin üstündə canını bu torpağa tapşıran şəhidlərdir. O şəhidlərin arasında Azərbaycanın Milli Qəhrəmanı Şövqiyar Abdullayev də var - bu dünyada igidliyindən və adından başqa heç nə qoyub getməyən Şövqiyar Abdullayev.

Doğrudur, Bakıda digər Milli Qəhrəmanlarımız kimi, Şövqiyarın adını daşıyan küçə də var, xatirəsi əziz tutulur. Üstəlik doğulduğu ailədə dünyaya gələn nəvələrdən biri onun adını daşıyır. Bunlar Şövqiyarın qəhrəmanlığı önündə, bir tank komandirinin əməyi qarşısında mənim düşüncəmə görə çox azdı. Ən vacibi bu qəhrəmanın və bütün qəhrəmanların unudulmamasıdır. Yaxşı ki, unutmayanlar, xatırlayanlar var.

Bu həftənin ilk iş günündə döyüş bölgəsində - Ağdamda çox izdihamlı tədbir keçirildi. Tədbiri Müdafiə Nazirliyi təşkil etmişdi. Bu tədbir 23 yaşında şəhid olmuş Milli Qəhrəman Şövqiyar Cəmil oğlu Abdullayevin şəhidliyinin 25 illiyinə həsr olunmuşdu. Tədbiri Abdulla Qurbani idarə edirdi. Dəvətlilər arasında Milli Qəhrəmanın ailə üzvləri, qardaşı Aslan həkim də var idi. Ona da söz verdilər:

- Mən müharibənin nə olduğunu yaxşı bilirəm. Onu da bilirəm ki, bizim səngərdə olduğumuz illər çox çətin dövrə təsadüf edirdi. Bir pərakəndəlik var idi, silah-sursat çatmırdı, amma səngərdəki oğulların döyüş əzmi, iradəsi, qəhrəmanlığı sonsuz, sönməz idi. Onda biz yeni formalaşan Milli Ordunun könüllü əsgərləri idik. Sevinirəm ki, indi bizim şücaətli, düşmənə qalib gəlməyə qadir ordumuz var. Sevinirəm ki, səngərdə payı, haqqı, xidməti olanlar unudulmur. Və bir də ona sevinirəm ki, bizim döyüş yolumuz ağır olsa da, yaxşı nümunədir. Sağ olun ki, qardaşımı xatırlayıb dəyərləndirirsiniz. Müdafiə Nazirliyinin rəhbərliyinə və anım tədbirinin təşkilatçılarına, iştirakçılarına ailəm adından təşəkkür edirəm.

Yeri gəlmişkən onu da xatırladım ki, Şövqiyarın layiq görüldüyü "Milli Qəhrəman" ulduzunu atası Cəmil müəllimə Ulu Öndər özü şəxsən təqdim etmişdi. Bu tarixi an fotolarda, sənədlərdə öz əksini tapıb. Elə Ağdamdakı "N” saylı hərbi hissədə keçirilən anım mərasimi də lentlərə, fotolara, yaddaşlara köçürüldü...

... Şəhidlər Xiyabanındayıq, Aslan həkim və mən. Biz iki dost müharibə xatirələrimizi bölüşürük. Şəhid tanışlarımızdan, dostlarımızdan, əsgərlərimizdən və həmçinin Şövqiyardan danışırıq. Ayrılığının yaşı artan, özünün yaşı dəyişməyən qəhrəman Şövqiyardan...

Şövqiyarın məzarı önündə dayanmışıq. Onun sinə daşı üzərinə düzülmüş güllər daş üzərindəki yazıları gizlədib. Amma başdaşındakı şəkil adamı sanki çağırır:

- Gəlin, dalımca gəlin! Mən sizi Şuşada, Göyçədə gözləyirəm...


Yazının əvəllini BURADAN oxuya bilərsiniz


Əbülfət MƏDƏTOĞLU,

Əməkdar jurnalist

[email protected]




İmza:

YAZARIN ARXİVİ

2018-09-21 : ÜMİD KƏNDİRİ
2018-09-14 : ÖMÜR YARPAQLARI
2018-09-08 : ŞUNURLULAR
2018-09-06 : Təzyiq yazısı
2018-09-05 : AYLI BİR GECƏ
2018-07-31 : HAVALI YAZI
2018-02-01 : "O SÖZƏCƏN..."
2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : HAVA
2016-08-12 : MƏKTUB…
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : Tofiq Abdinlə
2015-11-13 : ÜZ SUYU
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
2007-11-03 : QOYUN BƏXTİ...
2007-10-27 : AŞİQLİK
2007-10-24 : XƏCALƏT
2007-10-19 : PAYIZ NOTLARI
2007-10-10 : BASARAT
2007-10-06 : ƏBƏDİ ÜNVAN
2007-10-06 : PERSONAJ
2007-10-05 : ÜÇ PÖHRƏ
2007-10-04 : HADİSƏ
2007-10-03 : HAVA
2007-10-02 : ÜZƏRLİK
2007-09-22 : HÖKM
2007-09-15 : VAHİMƏ
2007-09-01 : İNSTİNKT
2007-08-28 : NİYƏ ÖLDÜ?..
2007-08-15 : GÜNAH
2007-08-11 : PARALEL
2007-08-08 : GÜNVURMA
2007-08-07 : SALON
2007-08-04 : HÖRMƏT(sizlik)
2007-07-31 : TELEFON ZƏNGİ
2007-07-28 : QUDUZLUQ
2007-07-26 : BU DA 17 YAŞ...
2007-07-17 : BİLİRSƏNMİ?
2007-07-11 : BAŞAĞRISI
2007-07-04 : MƏNİ TANIMADIN?
2007-07-03 : SERİAL
2007-06-12 : "DEPUTAT OTAĞI"
2007-06-09 : ÖRKƏN
2007-05-25 : QARAVƏLLİ
2007-05-20 : AXSAYAN YERİMİZ
2007-05-05 : MUSA YAQUB -70
2007-05-01 : KƏNDİR
2007-04-20 : ŞƏKİL
2007-04-14 : STRESS
2006-12-08 : YUXU
2006-10-14 : GÜNAH
2006-10-10 : LAZIM GƏLSƏ...
SON XƏBƏRLƏR
2018-09-21


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (66.67%)
Yox (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
- Ədə, dünən məni evə kim gətirib?
- Mən apardım qaqa, amma eşşək qədər içmişdin haa.
- Ay lom, biz 5-ci mərtəbədə qalırıq, mən səhər 4-cü mərtəbədəki xalaşkanın evində oyanmışam.
- Dəlisən sən? Qapını atan açdı axı.




digər lətifələr
ARXİV
FACEBOOK