adalet.az header logo
  • Bakı 4°C
  • USD 1.7
28 Mart 2016 11:07
20332
MƏMLƏKƏT
A- A+

Kamal Abdulla “Qızıl Delviq” mükafatına layiq görülüb

Tanınmış Azərbaycan yazıçısı, akademik Kamal Abdullanın Rusiyanın məşhur "Хуdоjеstvennaya literatura” nəşriyyatı tərəfindən çap edilən "Platon, deyəsən, xəstələnib...” ("Plаton, каjеtsya, заbolel...”) hekayələr kitabı Rusiyada ədəbiyyat üzrə təqdim olunan ən yüksək mükafata - "Qızıl Delviq”ə layiq görülüb.

Adalet.az-a verilən məlumata görə, Rusiyada geniş oxucu kütləsinin və ədəbi cameənin diqqətini çəkən bu kitab intellektual nəsrin inkişafına verdiyi töhfələrə görə dəyərləndirilib.

Martın 23-də müəllif Kamal Abdullaya təqdim olunan mükafat "Literaturnaya qazeta”nın ilk baş redaktoru, klassik rus şairi Anton Delviqin adını daşıyır.

"Müasir nəsr” nominasiyasında qalib olan Kamal Abdulla bununla Azərbaycan ədəbiyyatına ilk dəfə "Qızıl Delviq” mükafatını qazandırıb.

Qeyd edək ki, bu, akademik Kamal Abdullanın ikinci beynəlxalq mükafatıdır. 2015-ci ildə yazıçının İtaliyada nəşr olunan "Yarımçıq əlyazma” romanı bu ölkənin məşhur Skanno mükafatının ədəbiyyat üzrə xüsusi prizinə də layiq görülmüşdü.