SON DƏQİQƏ:

MƏNZİLLƏR NİYƏ YANIR?

  56770   |  
Şriftin ölçüsü  
İnsanlar çox çətinliklə və əzab-əziyyətlə özlərinə ev, mənzil tikirlər. Əlbəttə, mənzillər heç də elə-belə başa gəlmir, yəni o mənzilin tikilib-istifadəyə verilməsi üçün bayaq dediyimiz kimi, hər bir adam min bir çətinliklə üzləşir. Amma görürsən ki, ani bir diqqətsizlik və səhlənkarlıq uzun illər çətinliklə tikilib başa çatdırılmış evin bir dəqiqənin içində yanıb külə dönməsinə şərait yaradır.
Xüsusən də payız və qış mövsümlərində evlərin yanmasına daha tez-tez rast gəlmək mümkündür. Təbii ki, bu da təsadüfi deyil, çünki soyuq aylarda insanlar müxtəlif sobalardan və qızdırıcı cihazlardan geniş istifadə edirlər.
Bir dəfə bizim qohumlardan biri təzə ev tikmişdi. Adam evə baxanda bir də dönüb tamaşa eləmək istəyirdi. Ancaq uşağın nəzarətsiz qalması və kibritlə oynaması bir neçə saniyənin içində uzun illər çəkilən zəhməti puça çıxardı. Hələ xoşbəxtlikdən qonşular o uşağı xilas edə bilmişdilər. Lakin evdə bir əşya belə salamat qalmamışdı. Hamısı yanıb külə dönmüşdü. Qohumum gəlib evi yanıb külə dönmüş görəndə şükür elədi, dedi ki, nə yaxşı uşağa bir şey olmayıb. Amma hiss edirdim ki, gözlərinin dərinliyində bir narahatlıq var. O narahatlıq isə olmazın əzab-əziyyəti ilə tikib başa çatdırdığı evin bir göz qırpımında yanması idi.
Son bir neçə ay ərzində həm Bakıda, həm də ayrı-ayrı rayonlarda mənzillərdə yanğınlar baş verib. Ən tükürpərdici yanğın isə rayonların birində olub. Səhərə yaxın od tutub yanan evdə beş adam yanaraq külə dönüb. Onlardan üçü uşaq olub. İndi siz təsəvvür edin, görün o evin sahibi hansı streslər keçirib? Şəxsən mən həmin süjetə baxanda özümü saxlaya bilmədim və ağladım. Hər halda ev sahibinə "başın sağ olsun" deyirik və Allah-Təala ona səbr versin ki, belə bir çətin durumdan çıxa bilsin.
Mütəxəssislərlə söhbətlərimiz zamanı onlar mənzillərdə yanğınların baş vermə səbəbini aydınlaşdıraraq deyiblər ki, hər bir ev sahibi soyuq aylarda diqqətli olmalıdır. Yanğınlar ən çox elektrik şəbəkələrinin həddindən artıq yüklənməsi nəticəsində baş verir. Yüklənən şəbəkə gərginliyə dözmür, qısa qapanma yaranır və nəticədə yanğınlar olur. Mütəxəssislər onu da bildirirlər ki, gərək hər bir insan evdə olarkən sobalara, qızdırıcı cihazlara xüsusi diqqət yetirsin. Görəndə ki, elektrik enerjisində qəfil artım və əksilmə var, bax onda təcili olaraq evdəki elektriklə işləyən cihazlar şəbəkədən ayrılmalıdır.
Hələ qış gəlməmişdən öncə Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə xidməti əhaliyə daha diqqətli olmağı məsləhət bilib. Onlar bildiriblər ki, sobalardan və elektrik cihazlarından düzgün istifadə edilməlidir. Bir çox halda mənzil sahibləri elektrik cihazlarını şəbəkədən çıxarmadan harasa gedir və bu vaxt da yanğın qaçılmaz olur. Əlbəttə, əgər əhali lazımi qurumların tövsiyələrinə qulaq assa və buna əməl etsə, aydındır ki, mənzillərdə də yanğının qarşısını almaq mümkündür.
Sonda onu demək istəyirik ki, insanlar mənzillərində hər bir sobanın və elektrik cihazlarının standartlara uyğun olmasına diqqət yetirməlidirlər. Eləcə də qısa qapanmanın qarşısını almaq üçün lazımi tövsiyələri yadda saxlamaq və bundan nəticə çıxarmaq lazımdır. Əgər kimsə işə, gəzməyə gedirsə, bu müddətdə mütləq qızdırıcı elektrik cihazlarını şəbəkədən çıxarmağı unutmamalıdır. Bax, belə olarsa mənzillərdə yanğın baş verməz, insanlar sonradan bir başına, bir də dizinə döyməzlər.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-09-22

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 1 03 5, 6, 10, 12, 15, 17, 19,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Ramiz Mehdiyev istefa versin?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Siyasi tok -şou, aparıcı Elman Nəsirova:

- Elman müəllim, Suveyş və Panama kanalları barədə nə deyə bilərsiniz?

Elman müəllim:

- Vallah bizim televizor o kanalları tutmur.

ARXİV

TƏQVİM

FACEBOOK