Bakının mərkəzində aylardır qazılan yol təmir edilmir - VİDEO
Yolu təmir adı ilə qazdılar, amma heç bir iş görmədilər...
Adalet.az-ın məlumatına görə, bu şikayətlə paytaxtın Nəsimi rayonu Ruslan Cəfərov küçəsində yerləşən "Delfin Park Yaşayış Kompleksi"nin sakinləri "XəzərXəbər"ə müraciət ediblər. Bina sakinləri bildirirlər ki, yaxınlıqda yerləşən ''Capital City'' yaşayış kompleksinin rəhbərliyi tərəfindən ərazidə rahat, təmirli geniş və müasir yolun çəkilməsi barədə vəd verilib və sakinlərin istifadə etdiyi yolun asvalt qatı dağıdılıb. İşlərin 1 həftə ərzində başa çatdırılacağı bildirilsə də, sakinlər 3 aya yaxındır gözləyirlər.
Sakinlər deyirlər ki, dəfələrlə şikayətlərini bildirsələr də, onlara təmirlə bağlı hər dəfə müxtəlif vaxtlar bildirilib.
Sakinlərin şikayəti ilə bağlı "Capital City" yaşayış kompleksinin rəsmisi Kamil Məmmədov bildirib ki, bir həftə ərzində sakinlərin problemi öz həllini tapacaq. Şirkət təmir işlərini başa çatdıraraq bina sakinlərini daha səliqəli və asfaltlanmış yolla təmin edəcək.
Digər Xəbərlər
11 Avqust 2026 23:06
Ordubadda su elektrik stansiyası tikiləcək
11 Avqust 2026 15:49
Sabah çimərliklərdə hava şəraiti necə olacaq?
11 Avqust 2026 15:41
“Azərsun Holdinq” günəbaxan yağı istehsalını 4000 tona çatdıracaq - FOTOLAR
11 Avqust 2026 14:56
Ağdamda Mərkəzi parkın tikintisi davam etdirilir
11 Avqust 2026 14:43
Bakıda torpaq qiymətləri bir ayda 4 % artıb
10 Avqust 2026 10:52
Bakıda velosiped və skuterlərdən istifadə rekord həddə çatdı
09 Avqust 2026 13:22
Sabah dənizə getmək istəyənlərin nəzərinə!
08 Avqust 2026 16:09


Bakı -°C

