SON DƏQİQƏ:

CÜMHURİYYƏT BAYRAMI

  76537   |  
Şriftin ölçüsü  
"Mənim dəyərsiz bədənim əlbəttə torpaq olacaqdır, ancaq Türkiyə Cümhuriyyəti əbədiyyətə kimi yaşayacaqdır."

Mustafa Kamal ATATÜRK


Türkiyə Cümhuriyyətinin banisi, Türk dünyasının nəhəng tarixi, siyasi və hərbi şəxsiyyətlərindən biri olan Atatürk bir çıxışında yuxarıdakı cümləni dilə gətirib.
Atatürk bu sözləri niyə deyib görənə Yoxsa təqribən yüz il qabaqdan bugünkü hadisələri təxmin edəbilibə!
Osmanlı İmperiyası 639 illik hakimiyyətdən sonra hər imperiya kimi ömrünü başa vurdu. Burda insanın ağlına bir sual gəlir, Osmanlı hakimiyyəti davam edəbilərdi miə Mən bu suala əsla fikrə getmədən, "bəli, davam edəbilərdi" cavabını verərdim. əgər Osmanlı Dövləti yarandığı gündən etibarən elmə və yeni-yeni texnolojiləri ixtira etmək əqidəsinə qulluq etsəydi, təlim-təhsil sistemini buna görə qursaydı, Türk dünyasını öz bayrağı altında cəmləşdirmək siyasətini yeritsə, qardaş xalqlar arasındaki soy və mənəvi yaxınlığı bütün mənfiliklərə baxmayaraq böyüklüyünə yaraşar şəkildə möhkəmləndirsəydi, Avropa və Afrikadan üzünü biraz da kiçik qardaşlarının coğrafyasına tutsaydı, onların bəzilərinin şıltaqlığına qardaşyana dözsə, bəzilərinin də özgələrinin oyuncağı olmasına imkan vərməsə və vahid bir Türk dünyası yaratmış olsaydı bugün dünyanın ağası ABŞ yox Osmanlı İmperiyası olardı, yəni biz Türklər olardıq. Çağdaş Türk dövlətlərinin rəhbər işçiləri Osmanlının etdiyi səhvi etməməlidir deyə fikrə getməmək olmur ki olmur.
20-ci əsrə çatdıqda artıq Osmanlı Dövləti tənəzzülün astanasındaydı. Yüz illər boyu qardaş Türk dövlətlərini təkləyib aradan götürən imperialist qərbli dövlətlərlə şərqdəki çarizm, Osmanlı İmperiyasının təklənməsinə şüurlu şəkildə, həssaslıqla qurub yüz illər boyu saat dəqiqliyi ilə həyata keçirdikləri planlarla səbəb olmuşdular. əslində onlar əsrlər boyu bu siyasətdən bir misqal da aralanmadan o yolda yerimişdilər, Osmanlı isə lazımi tədbiri görməmişdi, çünki onları saymamışdı və fil qulağında yatmışdı. Biz beləyik dəg! Gücümüzə güvənib düşmənin gücünü-qüdrətini saymırıq. Təklənən Osmanlı Dövləti xaricdən gələn zərbələrlə və daxildə də əsrin elminin, iqtisadiyyatının və texnolojisinin gerisində qaldığına görə artıq taqətdən düşmüşdü. Yüz illər boyu davam edən müharibələrdə gənc nəsillər cəbhə-cəbhə qırılıb getmişdi. Birinci Dünya Müharibəsinə məcburiyyətdən qoşulan Osmanlı artıq cəbhələrə yolluyacaq kafi miqdardakı qüvvəsi olmadığına görə yaşı on bəşə çatmış uşaqları da yığıb cəbhə xəttinə yollayırdı.

Hey onbeşli onbeşli
Tokat yolları taşlı
Onbeşlilər gidiyor
Kızların gözü yaşlı...

Bu xalq türküsü Osmanlının o günkü vəziyyətini təsvir edən sadəcə olaraq bir detaldır.
11 milyon əhalisinin 80 faizi qoca, əlil, qadın və uşaq olan dövlətin torpaqları Ankara və bir neçə vilayət xaricində işğala məruz qalmışdı, bir hissəsi də beş əsrə yaxın bir zamanda qanadları altında yaşayanlar tərəfindən. Mustafa Kamal Atatürk belə bir zamanda özünü göstərmiş və özünə inanan silahdaşlarıyla Azadlıq Müharibəsini başlatmış, mənəviyyatı məhv olan xalqa yeni bir ruh aşılayaraq işğalçı İngilislərin qışqırtdığı işğalçı Yunan ordusunu məğlub ədib sağ qalanlarını əgə dənizinə kimi qovmuş, İngilis, Fransız və Rusların dəstəklədiyi erməni quldurlarının dinc əhalidə yaratdığı qırğınların qarşısını alaraq müasir Türkiyə Cümhuriyyətini yaratmışdı.
O çağlarda dünyanın super gücləri olan dövlətlərin burnunu ovan Atatürk fiziki ömrünü başa vurana kimi Türkiyəyə ayrı bir istiqamət verərək qısa müddətdə qeyriadi işləri gerçəkləşdirmişdi. Burnunu ovduğu düşmənlər yaşadığı dövrdə ona əlindən gələn pisliyi etmək cəhdinə yönəlsə də döyüş məydanlarında uduzduqları bu dahi Türk oğlunun yeritdiyi siyasət qarşısında məğlubiyyətin acı ləzzətini dadmışdılar. Yağıların və ata-babası qeyri Türk olan, ancaq öz ətnik kimliyini on illər boyu ustalıqla gizlədəbilənlərin yetirmələri ona qarşı duyduqları kin və küdurəti o öləndən sonra da davam etdirdi, etdirir və ətdirəcək. İnsanı dəhşətə gətirən şey isə cəhalət bataqlığına sonqulmuş Türklərin də Atatürkə mənfi hisslərlə yanaşmasıdır. Ey böyük insan başını qaldır gör sənə kimlər yağı kəsilib. İnsan əlində olmadan bu deyimi xatırlayır: Kül başına ay Araz üstündən təzək atlanırg
Tarix boyu Türkə dişi batabilmiyənlər, hər əsrdə olduğu kimi Türkiyə Cümhuriyyətini də daxildən Türk kimliyinə bürünən ancaq damarlarında ayrı qan dolandıranlardan suistifadə ədərək büdrətməyi və bölüb-parçalamaq yolunu seçib.
Qrant Dink, Diyarbəkirdə təşkil edilən bir konfransda çıxış edərək demişdi ki; "Biz ağılsızlıq etdik, Türk dövlətini yıxmaq cəhdinə yönəldik və səhvə yol verdik, bizim səhvimizi siz etməyin".
Birinci Dünya Müharibəsi əvvəlində və sonrasında Erməniləri, Yunanlıları qışqırdıb üstümüzə salan İngilislərə indi başda ABŞ olmaqla ayrı dövlətlər də qoşulub. Ermənilərin rolunu indi başı çalmalılar təhvil alıb.
Biz Anadolunun və Azərbaycanın yərli xalqıyıq. Ulu babalarımızın qüdrəti büdrədiyi zamanlarda yağılar gəlib torpaqlarımızı tutmuşdu. Axırıncı olaraq da Bizans imperiyası ona yiyələnmişdi. Biz o torpaqları Malazgirt döyüşündə Bizans İmperiyasının əlindən aldıq, Türkün çörəyini yeyib süfrəsinə tüpürənlərin dədə-babalarından yox.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-08-04

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
July: 31 24, 17, 10, 03, 01,
June: 26, 24, 22, 19,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Azərbaycanda futbol var?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vəli Xramçaylı ilə Kəramət Böyükçöllə bulvarda çayxanada söhbət edirlər. Son vaxtlar intiharda  cox danışan Kəramət:

- Vəli qardaş, sən dünya görmüş adamsan. Görəsən o ən hündür binadan özümü yerə atsam neçə günə yerə düşərəm?

Vəli Xramçaylı:

- Uzağı bir həftəyə.

Kəramət:

- Bəz görəsən yerə düşəndə ölərəm?

Vəli Xramçaylı:

- Ayə bə nədi, bir həftə yerə düşənəcən göydə elə ajınnan ölərsən dana.

ARXİV

TƏQVİM

FACEBOOK