adalet.az header logo
  • Bakı 3°C
  • USD 1.7
30 Noyabr 2021 09:45
159
SAĞLAMLIQ
A- A+

Dəridəki qançırlar xərçəngin göstəricisi ola bilər

Dəridəki qançırlar qan xərçənginin inkişafının göstəricisi ola bilər.

Adalet.az xəbər verir ki, bu qənaətə britaniyalı alimlər gəlib. Qeyd olunur ki, əvvəlcə onlar zamanla rəngini dəyişən, tündləşən və çox vaxt ağrımağa başlayan qırmızı ləkələrə bənzəyirlər. Onları tünd dəridə aşkar etmək daha çətindir.

Qan xərçənginin digər əlamətlərinə səbəbsiz arıqlama, bədəndə şişlərin əmələ gəlməyi, nəfəs darlığı, gecə tərləmələri, bədəndə ağır infeksiyalar, qızdırma, səpki və ya qaşınma daxildir. Bundan əlavə sümük və oynaq ağrıları, yuxu və ya istirahətdən sonra davam edən yorğunluq da qan xərçənginin ilkin əlamətləri ola bilər.

Mütəxəssislər qeyd edir ki, qan xərçənginin əlamətləri gec aşkar olunur. Eyni zamanda, bəzi insanlarda onlar tamamilə olmaya bilər. Həkimlər xəstəliyin vaxtında aşkarlanması ilə müalicə oluna biləcəyini vurğulayırlar.