adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
29 Noyabr 2021 14:06
1451
GÜNDƏM
A- A+

Ermənilərin  “Zvartnots” nicat yolu: Ermənistandan qaçanların sayı 1 milyon 250 min nəfər ötdü

Hələ oktyabrın əvvəlində Ermənistanın iki aeroportu – “Zvartnots” və “Şirak”dan istifadə edənlərlə bağlı rəsmi açıqlama yayılmışdı.
Bildirilirdi ki, sentyabr ayı üçün “Zvartnots” aeroportundan 274.637 sərnişin istifadə edib. Onlardan 132.206 nəfər ölkəyə gəlib, 142.431 nəfər isə gedib.
Eyni dövrdə “Şirak”dan 6633 nəfər istifadə edib: 3215 nəfər ölkəyə gəlib, 3418 nəfər isə gedib.
Beləliklə, yalnız sentyabr ayında iki aeroport vasitəsilə ölkəni tərk edənlərin sayı 10.428 nəfər təşkil edib.
Ümumilikdə 9 ay ərzində hər iki aerport vasitəsilə ölkədən gedənlərin sayı gələnlərdən 74.506 nəfər çox olub.

 


Adalet.az xəbər verir ki, Sputnik Armeniya saytının müxbiri Janna Poqosyan kiçik bir araşdırma apararaq ermənilərin son durumu haqqında yazı hazırlayıb: “Digər aylarda da miqrasiya tendensiyası davam etdi və təkcə hava limanında deyil, həm də Şengen ölkələrinə və ABŞ-a getmək üçün sənədlər hazırlayan viza mərkəzlərinin önündə növbələr var idi. Hətta bəzi ölkələrin səfirlikləri, məsələn, Yunanıstan Ermənistan vətəndaşları üçün uzunmüddətli viza almaq prosesini asanlaşdırdılar. Əgər koronavirus pandemiyasından əvvəl 15 iş günü ərzində viza verilirdisə, indi Yunanıstan səfirliyi cəmi 2-3 iş günü ərzində viza verə bilər”, – Poqosyan qeyd edib.

 


Müəllif yazır ki, bu ilin son 9 ayında Ermənistanı 103 min nəfər tərk edib və geri qayıtmayıb. 2017-ci ilin ilk 9 ayında Ermənistanı 75 min nəfər, 2018-ci ildə 42 min, 2019-cu ildə isə 36 min nəfər tərk etmişdi:
“Rəqəmlər onu göstərir ki, inqilabdan sonra miqrasiya faizi azalmışdı. Amma indi mənzərə başqadır və bunu birmənalı demək mümkün deyil. Səbəb inqilabdan gözləntilərin özünü doğrultmamasıdırmı, müharibə və ya müharibədən sonrakı xaosla bağlıdırmı? İrəvanın “Zvartnots” hava limanında Rusiya istiqamətləri hələ də doludur. İnsanların sadəcə işləməyə getmədiyini güman etmək olar. Müstəqillikdən sonra 30 il ərzində (1991-2020) Ermənistana köçənlərin sayı ilə ölkədən gedənlərin sayı arasındakı fərq mənfi 1 milyon 250 min nəfərdir”.


 Beləliklə, Janna Poqosyanın bu araşdırması Ermənistanda maddi və mənəvi çətinliklərin var olduğunu, ermənilərin bu problemlərə dözümsüzlük göstərdiyini ortaya qoyur.


 Əntiqə Rəşid