adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
10 Noyabr 2021 10:20
3047
TEXNOLOGİYA
A- A+

"Facebook"un işində dəyişikliklər olacaq

“Facebook” və “İnstagram” istifadəçiləri bəzi mövzularda sərbəst paylaşım edə biləcək.

Adalet.az xəbər verir ki, “Meta” şirkəti yayım siyasətində dəyişiklik edir.

Artıq bəzi həssas mövzularda paylaşım edən istifadəçilərin hesabı bloklanmayacaq. Söhbət əsasən, dini, irqi mövzular və xəstəliklərlə bağlıdır. Bu mövzularda status paylaşanlar dəfələrlə problemlərlə üzləşdiyi üçün “Meta” şirkəti yayım siyasətini dəyişir. Yeni qaydalar gələn ildən tətbiq ediləcək.