adalet.az header logo
  • Bakı 6°C
27 Oktyabr 2021 18:08
627
SİYASƏT
A- A+

Ermənistan XİN: “Tərəflərin yeni sənəd imzalaması istisna olunmur”

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Azərbaycan və Ermənistan arasında noyabrın əvvəllərində Moskvada yeni razılaşmanın imzalanacağı ilə bağlı xəbərə reaksiya verib.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, o belə bir sənədin imzalanmasını təkzib etməyib.

“Hazırda müxtəlif formatda görüşlər barədə təkliflər daxil olur. İstisna olunmur ki, görüşlərdən birində tərəflərin öncədən razılaşdırdığı sənəd imzalansın. Amma məhz mətbuatda adı çəkilən sənədlərin imzalanması planlaşdırılmır”-, deyə Mirzoyan söyləyib.

Ararat Mirzoyan hazırda Azərbaycan və Ermənistan liderləri arasında konkret görüş tarixinin razılaşdırılmadığını əlavə edib.