adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
22 Oktyabr 2021 13:37
1110
GÜNDƏM
A- A+

"Vaxtilə Əbülfəz Elçibəyin Xalq Cəbhəsində olan bu qrup indi İrandan dəstək alır" - Fazil Mustafa

"DTX-nin belə bir əməliyyatı gözlənilən idi".

Bunu Milli Məclisin deputatı Fazil Mustafa ötən gün Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) Hacı İlqar İbrahimoğlu başda olmaqla İrana bağlı olduğu bildirilən 5 nəfəri saxlaması ilə bağlı məlumatlara münasibət bildirərkən deyib.

"İranın Azərbaycandakı şəbəkəsi hansısa şəxslərin fəaliyyəti ilə üzə çıxmayıb. Ayrı-ayrı siyasi partiya və təşkilatlar da İrandan alınan mesajlar əsasında fəaliyyət göstərir. İllərdir bu şəbəkənin hücumuna məruz qaldığımıza görə bunu yaxşı bilirik. İranda hazırlanan karikatura-kollajlarla bütün gün mühacirətdə oturub bizi söyürlər. Onların profillərində İran agenturasına aid olan və həbsdə olan ayrı-ayrı şəxslərin şəkilləri nümayiş etdirilir. Bütün bunlar onu göstərir ki, bir rmərkəzdən idarə olunan şəbəkədir. Ona görə də onların fəaliyəti dəqiq araşdırılaraq lazımi tədbirlər görülməlidir. Hətta mən deyərdim ki, dövlətin hüquq-mühafizə orqanları bu istiqamətdə iş görmək üçün bir qədər gecikib. Vaxtında sərt addımlar atılsaydı, İranın şəbəkəsi Azərbaycanda bu qədər kök ata bilməzdi. İstənilən halda DTX-nın bu fəaliyyətini təqdir edirəm. Başqa ölkənin maraqlarına xidmət edən qüvvələrin zərərsizləşdirilməsi vacib məsələdir. Konkret şəxslərin İrana işləməsi məhkəmədən sonra bəlli ola bilər. Bu şəbəkə sıradan bir məsələ deyil və Azərbaycan daxilində çox ciddi şəkildə fəaliyyət göstərib".

Deputat bildirib ki, İran agenturasının Azərbaycanda fəaliyyəti çox təhülkəlidir:

"Çünki məsələnin həm də siyasi qanadı var. Bu özünü "Cibheyi-Xəlq" obrazında göstərir. Vaxtilə Əbülfəz Elçibəyin Xalq Cəbhəsində olan bu qrup indi Cibheyi-Xəlq kimi fəaliyyət göstərirlər və İrandan kifayət qədər dəstək alırlar. Ona görə məsələyə bir tərəfli baxılmamalı və siyasi tərəfinin üzərinə gedilməlidir. Müsəlman Birliyi hərəkatı ilə onların əlaqələri araşdırılmalıdır. Demokratiyadan dəm vuranlar birdən-birə İranın ayətullahlarının dəstəkçisinə çevrilib və onların mətbuatda təbliğatını aparır. Bu istiqamətdə ciddi araşdırılma aparılmalıdır".(redaktor.az)