adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
21 Oktyabr 2021 16:26
911
MƏMLƏKƏT
A- A+

Azərbaycanda 8-ci sinif şagirdi ÖLDÜ

Bu gün Xudat şəhərində məktəbli ölümü baş verib.

Adalet.az  APA-ya istinadən xəbər verir ki, Xudat şəhər 5 nömrəli məktəbin 8-ci sinif şagirdi Rəcəbova Xədicə Rəcəb qızının məktəbdə vəziyyəti pisləşib.

Xaçmaz Təhsil Şöbəsindən APA-nın yerli bürosuna verilən məlumata görə, xəstəxanaya çatdırılan məktəblini xilas etmək mümkün olmayıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırmalar davam etdirilir.