adalet.az header logo
  • Bakı 7°C
19 Oktyabr 2021 15:05
3200
ŞOU-BİZNES
A- A+

75 yaşında gənc qızlardan seçilməyən Ajda Pekkan: Onun yeni fotosessiyası şok etdi

Ötən ilin elə bu günündə məşhur türkiyəli sənətçi Ajda Pekkan belə bir açıqlama gəldi: "Azərbaycan Müdafiə Nazirliyinə dörd yüz min dollar göndərdim. Azərbaycan üçün canımız fəda olsun".
Bəli, bu sevilən müğənni Azərbaycan Silahlı Qüvvələr Fonduna ianə bağışladı.

Bu günlərdə 75 yaşlı Ajda Pekkan yeni albomu üçün fotosessiya etdirib.


Qocalmaq bilməyən ulduzun iddialı şəkilləri ölkə musiqisevərləri arasında gündəmə çevrilib.
Adalet.az xəbər verir ki,  “Ajda” adlanan yeni albom üçün çəkilmiş fotoların müəllifi Safa Gürsoydur.


Qeyd edək ki türk pop musiqisinin əfsanəsi olan Ajda Pekkan 1946-cı il 12 fevralda İstanbulda dünyaya gəlib. Atası Ridvan Hayri orduda dəniz qüvvələrində mayor, anası Gültən Nevin Dobrucada ev xanımı olub. Çamlıcada Qızlar litseyində təhsil alan Ajda musiqi uğruna təhsilini yarımçıq qoyub. Həyatı çətinliklərlə keçən Ajdanın ilk kədəri, ilk üzüntüsü valideynlərinin boşanması olub. O, kədərli anlarını heç vaxt unutmur.
 
“Valideynlərim ayrılanda çox üzüldüm. Sanki bir boşluqda yaşayırdım və bu boşluğu musiqi ilə doldurmağa başladım. Ata-anamın boşanma acısını musiqi ilə təsəlli etməyə çalışdım. 1961-ci ildə İlham Gənclər Orkestrında solist kimi fəaliyyətə başladım, bu günlərimə dırnaqlarımla yer qazaraq gəlib çıxmışam".
 
Ajda Pekkan 1963-cü ildə "Səs" jurnalının təşkil etdiyi yarışmanın qalibi olduqdan sonra kino sənətinə ilk addımını atıb. İlk öncə "Şipsevdi",  sonra "Adanalı Tayfur" (1963), "Sevdalı Kabadayı" ( 1964), "Tacsız Kral" ( 1965) , "Ayrılıq Şarkısı" (1966) kimi filmlərdə rol alıb.
 Ulduzun fotolarını təqdim edirik:

 Əntiqə Rəşid