adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
11 Oktyabr 2021 16:36
310
ANALİZ
A- A+

Keçmiş casus qaranlıq sirləri açır: Sui -qəsd dəstələri qurdular

Şimali Koreya təhlükəsizlik xidmətini keçmiş agenti Kim Kuk Song  BBC-yə verdiyi müsahibədə Şimali Koreyanın bütün qaranlıq sirlərini açıb. Açıqlamaları dünya gündəmİnə bomba kimi düşən Şimali Koreya hələ bu mövzuda bir açıqlama verməyib.

Kəşfiyyat şəbəkəsində 30 il işlədiyini ifadə edən keçmiş agent Kim, həyatını xilas etmək üçün 2014 -cü ildə ölkəni tərk edib. O, hazırda Cənubi Koreyanın paytaxtı Seulda yaşayır və bu ölkənin kəşfiyyatında çalışır.

Kəşfiyyat şəbəkələrində"Ali Rəhbərin gözləri, qulaqları və beyni" olduğunu ifadə edən agent, Şimali Koreyanın casus və kiber şəbəkələrİnİn dünyanın istənilən nöqtəsİnə çata biləcəyİni iddia edib.

Keçmiş agentin ən çox danışılan iddiası illərlə çalışdığı Kim Çen İnin müxalifətə qarşı sui-qəsd qrupları qurmasıdır.

Kim Kuk Song Şimali Koreya liderinin onu tənqid edənləri öldürmək üçün sui-qəsdçilər göndərdiyİni və "İnqilaba pul yığmağa kömək etmək üçün qanunsuz narkotik laboratoriyası qurduğunu" da bildirib.

 

AYXAN

Digər Xəbərlər