adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
28 Sentyabr 2021 12:31
1770
KRİMİNAL
A- A+

Ərini tikə-tikə doğradı, bişirib uşaqlarına yedirtmək istədi – Ən qorxunc qadın qatillər

Kraliça I Mari VIII Henri və Araqonlu Katerinanın ilk övladı. İngiltərənin dinini zorla katolikliyə çevirən qadın kimi tanınır. Tarixə “Marinin zülmü” olaraq keçən dövrdə bir çox protestant inanclarına görə edam edildi. Bu səbəbdən Mari “qanlı Mari” ləqəbini qazanıb.

800-ə yaxın zəngin protestant ölkəni tərk etdi, onun ölümünə qədər də geri dönmədi.

1553-cü ildə 37 yaşında taxta oturan I Mari beş il hökmranlıq etdikdən sonra 1558-ci ildə xərçəngdən dünyasını dəyişdi. Ölümündən sonra taxta oturan I Elizabet İngəltərədə yenidən protestantlığı bərqərar etdi.

 

Myra Hindley 1942-ci ildə doğuldu. !960-ci illərin ortalarında Mançesterdəki cinayətlərdən şübhəli bilinənlərin içində yeganə qadın idi. Sevgilisi İan Bredi ilə İngiltərədə ən çox nifrət edilən cütlükdür. Birlikdə uşaq qaçırtma, birinin 16, digərinin 17 yaşı olan iki gəncə və 12 yaşdan aşağı uşaqlara cinsi təcavüz, işgəncə və qətl.

İlk qurbanları 1963-cü ildə öldürdükləri Paulina Rid oldu. Bundan sonra sayı dəqiq bilinməyən cinayətlərə davam etdilər. Qurbanlarını adətən Mançesterdəki Saddleworth Moor bölgəsindəki kolluqlarda basdırırdılar deyə onlara “Kol qatilləri” deyirdilər. Myra Hindley bir müddət sonra tutuldu və çantasındakı səs yazıları sübut olaraq qəbul edildi. 10 yaşlı Lesley Annı qaçırıb təcavüz edən sonra pornoqrafik pozlar verməyə məcbur edən və ardınca işgəncə edərək öldürən cani cütlük hər şey kasetə yazmışdılar. Fəqət cütlük bir kəlmə də danışmadı və qurbanlarının çoxusunun cəsədi tapılmadı.

 

36 il həbsxanada yatdıqdan sonra 2002-ci ildə 60 yaşında ilən ölən Myra Hindley hələ də nifrətlə xatırlanır.

 

Beverli Allit “Ölüm mələyi” adını almışdı. İngiltərənin ən çox tanınan qatillərindən biri idi.

Uşaq xəstəxanasında tibb bacısı işləyirdi. Öhdəsində olan dörd uşağın ölümü və beşinin də ağıır yaralanmasında günahlandırılıb saxlanıldı.

Tapa bildiyi zamanlar uşaqlara insulin və ya potasium vuraraq ürək infarktı keçirmələrinə səbəb olur, tapmayanda boğmaqla kifayətlənirdi. 9 cinayət və yaralanmada günahlandırıldığı halda ondan əvvəlki 58 günlük müddətdə 13 uşağa hücum etdi və dördünü öldürməyi bacardı.

 

Cinayətləri niyə işlədiyi haqqında bir kəlmə də danışmayan Allitin davranışları Munchausen Proxy sindromu olaraq qəbul edildi. Bu mübahisəli şəxsiyyət pozğunluğunu yaşayan insan diqqət çəkmək üçün məsuliyyət daşıdığı adamlara fiziki zərər vermək ehtiyacı duyur.

 

Belle Gunnes 1859-cu ildə doğuldu. 183 sm boyu və 91 kq çəkisi ilə Norveç əsilli güclü bir qadın idi. Fərqli zamanlarda iki ərini və bütün uşaqlarını öldürdü. Amma dəqiq olan isə eşq yaşadıqları, kişi dostları və Martl və Lusi adlı iki qızını öldürdüyüdü.

 

Cinayətlərinin səbəbi isə bəsit idi. Həyat sığortası siyasəti və ya sevgililərindən oğurlanmış əmlak onun gəlir mənbəyi idi. İlk addım olaraq qəzetə evlilik elanı verən Hunnes bir müddət sonra ər namizədlərini iribuynuzlu heyvanlara verilən parazit ilə zəhərləyib öldürürdü.

Hesabatlara görə, 10 il içində iyirmidən, rəsmi iddialara görə isə yüzdən çox insanı öldürdü. Ona evli qadınları və uşaqlarını öldürən fransız qatil Bluebeardın ləqəbindən təsirlənərək “Dişi Mavisaqqal”da deyirlər.

 

 

Katerina Knayt 1956-ci ildə anadan oldu. Ömürlük həbs cəzası alan ilk avstraliyalı qadın oldu. O, 2001-də ayrıldığı və uzun müddət məhkəmə prosesi davam edən əri Con Çarles Tomasın bədənini öndən və arxadan 37 yerdən bıçaqladı. Sonra dərisini üzüb otaqdakı asılqandan asdı. Cəsədin qalanını parçalayan bu qorxunc qadın başını qazana, budundan ayrılmış parçaları isə sobaya qoyub qarnir olaraq hazırladığı tərəvəzlərlə uşaqlarına yedirməyi planlamışdı. Amma polislər cəld davranıb onu tutdular.

Onun məhkəmə prosesi 2006-cı ilə qədər davam etdi və ölüm cəzası verildi.

 

Eminquey