SON DƏQİQƏ:

Səfər Mehdiyev Kunio Mikuriya ilə görüşdü

  369   |  
Şriftin ölçüsü  

Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyev ilə Ümumdünya Gömrük Təşkilatının Baş katibi Kunio Mikuriya ilə onlayn formatda görüş keçirilib.

Adalet.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Bildirilir ki, görüşdə Azərbaycan gömrük xidməti ilə ÜGT arasında uzunmüddətli işgüzar əlaqələrdən məmnunluqla söhbət açılıb, əməkdaşlığın bundan sonra da inkişaf etdiriləcəyinə və birgə fəaliyyət nəticəsində yeni nailiyyətlərin əldə olunacağına əminlik ifadə olunub.

S.Mehdiyev Azərbaycan gömrüyünün pandemiya dövrünün yaratdığı çətinliklərə baxmayaraq uğurlu fəaliyyətindən bəhs edib, informasiya texnologiyalarına əsaslanan layihələr, beynəlxalq ticarətin inkişafı, qaçaqmalçılığa, xüsusilə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizədə atılan addımlardan danışıb.

Kunio Mikuriya ÜGT-nin ən çətin və böyük Avropa regionuna rəhbərliyi dövründə Dövlət Gömrük Komitəsinin peşəkar fəaliyyətinə, üzv ölkələrin gömrük orqanları arasında koordinasiyanın səmərəli təşkilinə görə Komitə sədrinə təşəkkürünü bildirib.

Görüşdə əməkdaşlığın daha da gücləndirilməsi, beynəlxalq ticarətin inkişafının dəstəklənməsi istiqamətində gələcəkdə atılacaq addımlar, görüləcək işlər barədə ətraflı fikir mübadiləsi aparılıb.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-10-19

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
October: 19 16 14 12 09 07 05 02
September: 25 18,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK