Hikmət Hacıyev türkiyəli media nümayəndələri ilə görüşdü
Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycana səfər çərçivəsində Türkiyə Prezident Administrasiyasının Kommunikasiyalar İdarəsinin nümayəndə heyətini qəbul edib.
Adalet.az xəbər verir ki, "Anadolu"nun məlumatına görə, görüşdə Türkiyə ilə Azərbaycan arasında köklü qardaşlıq və strateji müttəfiqlik münasibətləri çərçivəsində kommunikasiya, media və ictimai diplomatiya sahələrində əməkdaşlıq məsələləri müzakirə olunub.
İki ölkə arasında strateji kommunikasiya sahəsində inkişaf etdirilən institusional əməkdaşlığın əhəmiyyəti vurğulanıb. Dəyişən qlobal kommunikasiya mühiti, dezinformasiya ilə mübarizə, ictimai diplomatiya fəaliyyəti, eləcə də Türkiyə və Azərbaycanın ortaq məsələlərlə bağlı beynəlxalq ictimaiyyətə yönəlmiş kommunikasiya imkanlarının gücləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Görüşdə, həmçinin regional proseslər və Cənubi Qafqazda davamlı sülh və sabitliyin təmin olunması prosesində strateji kommunikasiyanın əhəmiyyəti diqqətə çatdırılıb.
Türkiyə və Azərbaycan arasında güclü həmrəyliyin yalnız ikitərəfli münasibətlər baxımından deyil, həm də regional əməkdaşlıq və sabitlik baxımından mühüm əhəmiyyət daşıdığı vurğulanıb.
Tərəflər Türkiyə-Azərbaycan münasibətlərinin “İki dövlət, bir millət” şüarı və Şuşa Bəyannaməsi ilə müəyyənləşdirilən müttəfiqlik ruhuna uyğun olaraq kommunikasiya sahəsində də daha yüksək səviyyəyə çatdırılmasının vacibliyini qeyd ediblər.
Görüşdə Türkiyənin Azərbaycandakı səfiri, professor Birol Akgün də iştirak edib. Görüş zamanı iki ölkənin müvafiq qurumları arasında təmasların və birgə fəaliyyətlərin davam etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Görüş zamanı Türkiyə Prezident Administrasiyasının Kommunikasiyalar İdarəsinin rəhbəri, professor Burhanettin Duranın Hikmət Hacıyevi Türkiyəyə dəvəti çatdırılıb.
Digər Xəbərlər
08 Oktyabr 2026 11:38
"Azərbaycanın iştirakı ilə keçirilən Məşvərət görüşü tarixi əhəmiyyət kəsb edir" - Mirziyoyev
08 Oktyabr 2026 11:09
"Mərkəzi Asiyanı Azərbaycanla və beynəlxalq bazarlarla birləşdirmək üçün çox vacibdir" - Dövlət başçısı
08 Oktyabr 2026 11:05
Azərbaycanda Mərkəzi Asiya kapitalı ilə 400-dən çox şirkət fəaliyyət göstərir
08 Oktyabr 2026 11:04
"Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyət xeyli genişlənib" - Prezident
08 Oktyabr 2026 11:00
Prezident MDB dövlətlərinin başçılarının görüşündə - FOTOLAR
08 Oktyabr 2026 10:52
"Azərbaycanın C5-ə qoşulması əməkdaşlıq perspektivləri açır" - Berdiməhəmmədov
08 Oktyabr 2026 10:48
"Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir" - İlham Əliyev
08 Oktyabr 2026 10:12


Bakı -°C

