SON DƏQİQƏ:

İqtisadiyyat Nazirliyində İctimai Şura üzvləri ilə görüş keçirilib

  151   |  
Şriftin ölçüsü  

İqtisadiyyat Nazirliyi yanında yeni yaradılmış İctimai şuranın üzvləri ilə görüş olub. Nazir Mikayıl Cabbarov İctimai şuraya seçilmələri münasibətilə şura üzvlərini təbrik edib, şuranın fəaliyyətinin, Nazirliklə əməkdaşlığının səmərəli qurulacağına əminliyini bildirib, üzvlərə fəaliyyətində uğurlar arzulayıb.

Nazirlikdən aia.az-a bildirilib ki, İctimai şuranın yaradılmasının əhəmiyyətindən danışan iqtisadiyyat naziri ölkəmizdə dövlət-vətəndaş münasibətlərinin inkişafında yeni mərhələnin başlandığını, vətəndaş cəmiyyəti institutları ilə əlaqələrin gücləndirilməsi, şəffaflıq prinsipinin təmin olunması ilə bağlı mühüm vəzifələrin müəyyən olunduğunu vurğulayıb. Qeyd edilib ki, cəmiyyətlə qarşılıqlı fəaliyyətin gücləndirilməsi, sağlam dialoqun qurulması, qərarların qəbulunda ictimai rəyin, vətəndaş maraqlarının nəzərə alınması və funksiyalarından irəli gələn digər məsələlərdə səmərəli fəaliyyəti üçün İqtisadiyyat Nazirliyi yanında İctimai şuraya lazımi şərait yaradılacaq.

İctimai şuranın üzvləri vətəndaş cəmiyyəti tərəfindən onlara göstərilən seçici etimadını doğruldacaqlarını vurğulayıb, şuranın fəaliyyətinin iqtisadi həyatın müxtəlif məsələlələrin ictimai müzakirəsinin və həllinin daha səmərəl təşkilinə xidmət edəcəyini bildirib, səmimi görüşün keçirilməsinə görə minnətdarlıq ediblər.

Görüşdə İctimai şura ilə əməkdaşlıq istiqamətləri, şuranın fəaliyyətinin nəticəyönümlülüyünün və hesabatlılığının təmin olunması, vətəndaş-ictimai şura-nazirlik kommunikasiyasının təşkili və s. barədə müzakirələr aparılıb.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-09-19
2021-09-18
2021-09-17

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 11, 04
August: 28, 21, 14, 07,
July: 31 24, 17, 10,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK