adalet.az header logo
  • Bakı 7°C
  • USD 1.7
27 Avqust 2021 19:04
569
İDMAN
A- A+

"Neftçi"nin futbolçusu "Olimpiakos"a transfer olur

“Neftçi”nin futbolçusu Mamadu Kane karyerasını Yunanıstanda davam etdirməyə yaxındır.

Adalet.az xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi “Olimpiakos”a keçidini tamamlamaq üçün Afinaya yola düşüb.

Pirey təmsilçisinin qvineyalı oyunçu ilə 4 illik müqavilə imzalayacağı bildirilib. “Olimpiakos” Kaneyə görə “Neftçi”yə 300 min avro ödəyəci vurğulanıb.

Qeyd edək ki, Kane 2019-cu ilin yanvarından Bakı klubunda oynayır.