adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
10 Avqust 2021 15:42
32796
İDMAN
A- A+

Messi PSJ ilə 2 il müddətinə müqavilə imzalayacaq

Argentinalı futbolçu Lionel Messi Fransanın "Pari Sen-Jermen" klubu ilə iki illik müqavilə imzalayacaq.

Adalet.az-ın məlumatına görə, bu barədə Fransa mətbuatı yazır.

Qeyd olunur ki, 34 yaşlı futbolçu ilə klub nümayəndələri müqavilənin şərtləri ilə bağlı razılığa gəlib.

L.Messinin bu gün ərzində tibbi baxışdan keçməsi gözlənilir. Məlumatlara əsasən, argentinalı ulduz PSJ-də karyerasının əvvəlində "Barselona"da geydiyi 30 nömrəli formanı daşıyacaq.

Xatırladaq ki, bir neçə gün əvvəl Lionel Messi mətbuat konfransı keçirərək İspaniya futbol liqasının maliyyə qaydaları ilə əlaqədar "Barselona"dan ayrıldığını açıqlamışdı.