adalet.az header logo
  • Bakı 6°C
  • USD 1.7
07 Avqust 2021 13:30
34257
İDMAN
A- A+

Tokio-2020: Azərbaycan 6-cı medalı təmin etdi

Azərbaycan karateçisi İrina Zaretska Tokio-2020 Yay Olimpiya Oyunlarında növbəti görüşünü keçirib.

Adalet.az-ın məlumatına görə, 61 kq-dan yuxarı çəkidə çıxış edən idmançı A qrupundakı sonuncu döyüşündə türkiyəli Meltem Akyol Hocaoğlu ilə üz-üzə gəlib.

Rəqibinə 4:0 hesabı ilə qalib gələn Zaretska yarımfinala yüksəlib və ən azı bürünc medalı təmin edib.

Azərbaycan təmsilçisi qrupda yaponiyalı Ayumi Uekusanı və taliyalı Silviya Semeraronu da məğlubiyyətə uğradıb. Karateçi yalnız qazaxıstanlı Sofya Berultseva ilə bacarmayıb. O, A qrupunu ilk pillədə başa vurub. Yarımfinalda Zaretskanın rəqibi çinli Qonq Li olacaq.

Bununla da Azərbaycan komandası Tokio-2020 Yay Olimpiya Oyunlarında 6-cı medalı təmin edib.

 

İLTİFAT