adalet.az header logo
  • Bakı 5°C
  • USD 1.7
06 Avqust 2021 18:17
36693
İDMAN
A- A+

Messi 10 nömrəli formadan imtina etdi

PSJ-nin hücumçusu Neymar keçmiş komanda yoldaşı Lionel Messini Fransa klubuna keçməyə razı salmağa çalışır.

“RMC Sport”un məlumatına görə, braziliyalı Messiyə hazırda özünün çıxış etdiyi 10 nömrəli formanı (Messi də “Barselona”da 10 nömrəli forma ilə çıxış edib) təklif edib.

Lionel Messi bu təklifdən imtina edib. O, hətta PSJ-yə keçidi baş tutacağı halda belə 10 nömrəli formanı Neymardan almayacağını bildirib.