adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
21 Iyul 2021 19:24
16082
SAĞLAMLIQ
A- A+

Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 15 025 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Adalet.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 5 452, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 9 573 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 4 398 900, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 2 597 118, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 1 801 782 təşkil edir.