adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
22 Iyun 2021 13:22
569027
MARAQLI
A- A+

Arıqladan eynək

Tokio Universitetinin alimləri yeni arıqlama vasitəsi icad edib. Belə ki, yapon tədqiqatçılar istifadəçiyə arıqlamağa kömək edən xüsusi eynək hazırlayıb. Eynəyin mürəkkəb sistemi sayəsində istifadəçi masanın üstündə olan yemək porsiyasını ölçü baxımından bir neçə dəfə böyük görür.

Yapon alimlər iddia edir ki, bu eynəyi taxmaqla istifadəçi daha az yeməklə kifayətlənməli olur.

Unikal eynək qidanın görünüşünü təxminən 50 faiz böyüdür. Bununla belə istifadəçinin əlləri və ətrafda olanlar normal ölçülərini saxlayır. "Vizual yalan" eynəyə quraşdırılmış ekran və kamera sayəsində əmələ gəlir. Videokamera qarşıda olanları çəksə də, yalnız yeməyin ölçüsünü böyüdür.

Eynək eyni zamanda tam əks funksiyanı yerinə yetirə bilir. Bu zaman yemək porsiyası əksinə olaraq kiçildiyindən bu daha çox kökəlmək istəyən insanlara gərəkli ola bilər.

Qeyd edək ki, yeni arıqlama və "kökəlmə" vasitəsi Digital Content Expo elektron qurğular sərgisində təqdim edilib.