SON DƏQİQƏ:

Səhiyyə sisteminin transformasiyası proqramı hazırlanır - TƏBİB

  21212   |  
Şriftin ölçüsü  

Tibbi sığortanın tətbiqindən sonra xidmət keyfiyyətinin yaxşılaşdırılması və ona vətəndaş əlçatanlığının təmin edilməsi kadrların peşəkarlığı və mövcud səhiyyə sisteminin yeni sistemə transformasiyasından bilavasitə asılıdır.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən Adalet.az-a verilən məlumatda bildirilir ki, qeyd edilən məqsədə nail olmaq üçün səhiyyə sistemini tam əhatə edən dəyişikliklər həyata keçirilməlidir. Bu istiqamətdə TƏBİB-in nümayəndələri beynəlxalq ekspertlərlə birlikdə mütəmadi müzakirələr və təhlillər aparır, səhiyyə sisteminin transformasiyası proqramı üzərində çalışırlar.

Qeyd edək ki, TƏBİB fəaliyyətə başladığı 2020-ci ilin əvvəlində məhdud sayda kadr resursları ilə əsas gücünü qlobal pandemiya ilə mübarizəyə yönəldib. Bir ildən artıq qısa müddət ərzində dövlətimizin birbaşa dəstəyi ilə Vətən müharibəsində yaralanmış döyüşçülərimizin, eləcə də “COVİD-19” xəstəliyinə yoluxmuş şəxslərin müalicəsində yaxından iştirak edib.

Yalnız 2021-ci ilin əvvəlindən artıq ölkəmizdə tam olaraq icbari tibbi sığortaya keçidlə əlaqədar tabeliyindəki tibb müəssisələrində əhalinin sağlamlığının qorunması üçün tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi, tibbi tullantıların idarə olunması, qida təminatı və s. istiqamətlərdə yeni normativ sənədlərin hazırlanmasına və icrasına başlanılıb.
Eyni zamanda, qeyd edilməlidir ki, səhiyyə müəssisələrində qida təminatı ilə bağlı son 30 il ərzində hər hansı normativ sənəd qəbul edilməyib, yalnız bu ilin əvvəlindən başlayaraq TƏBİB tərəfindən “Tibb müəssisələrində təqdim olunan pəhriz növləri”, “Tibb müəssisələrində qidalanmanın təşkili haqqında” təlimat, “Pandemiya dövründə qidalanmaya dair metodik göstərişlər” və s. sənədlər hazırlanıb və razılaşdırma üçün aidiyyatı qurumlara göndərilib.

Səhiyyə sistemlərində yüksək keyfiyyət standartlarını tətbiq edən ölkələrin təcrübəsi göstərir ki, bu sahədə inkişafa nail olmaq üçün yalnız tibb qurumları deyil, cəmiyyətin bütün sferaları, dövlət qurumları, özəl sektor və vətəndaşlarımız həmrəy olmalıdır.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-06-14
2021-06-13

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
June: 12, 10, 08, 05, 03, 01,
May: 27, 25, 22, 20,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Azərbaycanda futbol var?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Murad Köhnəqala dostu (hamımızın dostu) Nəsimi  Nəbizadəni  götürüb  aparır  öz kəndlərinə. Deyir ki, gedək bir  həftə qalaq, yeyib-içib kef edək.

Bu Nəsimi də çox təmizkar adamdı. Səhər tezdən durur, həyət-bacanı  təmizləyir, pilləkanları yuyur, heyvanlara ot verir, quşlara  dən verir. Bu hər gün  davam edir. Muradın  anası da heç  vaxt  ona yaxınlaşmır, çomağın ucuyla  danışır  onunla. 

Üç-dörd gün keçir.

Və bir gün səhər Muradın  anası gəlir  çomaqla  Nəsimini  durğuzur və deyir:

- Ay oğul, bu gördüyün dağın o  tərəfi sizin kəndlərinizdi, nə qədər  Murad oyanmayıb, qaç get.

Heç demə, Murad  anasına deyibmiş ki, bu erməni əsiridi, gətirmişəm həyət-bacada işlət.

Düzdür, səhvdir, bizim analarımız, bizim millət belədir də.

ARXİV

TƏQVİM

FACEBOOK