SON DƏQİQƏ:

Azərbaycanda vaksinasiya edilən müəllimlərin sayı AÇIQLANDI

  20088   |  
Şriftin ölçüsü  

Bakı, Sumqayıt və Abşeron məktəblərində təhsil işçilərinin vaksinasiya ilə bağlı prosesi əhatə etmək üçün 10 səyyar məntəqə ayrılıb.

Adalet.az-ın məlumatına görə, bu barədə Təhsil naziri Emin Əmrullayev “Facebook” səhifəsi üzərindən pandemiya dövründə tədrisin təşkili, müəllimlərin işə qəbulu və yerdəyişməsi, 1-ci sinfə qəbul və təhsil haqqı ödənişlərində sosial paketlərlə bağlı suallara cavab verərkən deyib.

O bildirib ki, bu günə qədər 57 minə yaxın müəllim vaksinasiya olunub:

“Bu, 50 yaşdan yuxarı şəxslər arasında ölkə üzrə 64-65 faiz təhsil işçisinin vaksinasiya olunduğu deməkdir. 50 yaşdan yuxarı olan hər üç müəllimdən ikisinə vaksin vurulub. İnanıram ki vaksinasiya bizi əyani təhsilə qaytara biləcək ən asan yoldur.

40 yaşdan yuxarı olan təhsil işçilərindən isə 28 500 nəfər vaksinasiyadan keçib. Aprel ayından yaşından asılı olmayaraq, vaksinasiya prosesi əl çatandır. Son günlərdə 120 minə qədər, yaxud 53 faiz təhsil işçisi vaksinasiyadan keçib. Vaksinasiya prosesindən keçməyən təhsil işçilərinin də bu prosesə cəlb olunmasını tövsiyə edirik. Bu, təhsil sisteminin də normala qayıtması üçün vacibdir. Peyvənd olunan təhsil işçiləri arasında heç bir neqativ hal müşahidə edilməyib”.

“Sentyabra qədər təhsil içkilərinin 80-90 faizi vaksinasiya olunarsa, həm təhsildə, həm də cəmiyyətdə normal həyata qayıda bilərik”, - deyə E.Əmrullayev qeyd edib.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-06-14
2021-06-13

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
June: 12, 10, 08, 05, 03, 01,
May: 27, 25, 22, 20,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Azərbaycanda futbol var?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Murad Köhnəqala dostu (hamımızın dostu) Nəsimi  Nəbizadəni  götürüb  aparır  öz kəndlərinə. Deyir ki, gedək bir  həftə qalaq, yeyib-içib kef edək.

Bu Nəsimi də çox təmizkar adamdı. Səhər tezdən durur, həyət-bacanı  təmizləyir, pilləkanları yuyur, heyvanlara ot verir, quşlara  dən verir. Bu hər gün  davam edir. Muradın  anası da heç  vaxt  ona yaxınlaşmır, çomağın ucuyla  danışır  onunla. 

Üç-dörd gün keçir.

Və bir gün səhər Muradın  anası gəlir  çomaqla  Nəsimini  durğuzur və deyir:

- Ay oğul, bu gördüyün dağın o  tərəfi sizin kəndlərinizdi, nə qədər  Murad oyanmayıb, qaç get.

Heç demə, Murad  anasına deyibmiş ki, bu erməni əsiridi, gətirmişəm həyət-bacada işlət.

Düzdür, səhvdir, bizim analarımız, bizim millət belədir də.

ARXİV

TƏQVİM

FACEBOOK