adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
19 Aprel 2021 17:58
74802
ŞOU-BİZNES
A- A+

Elza Seyidcahan: «Tortu mənə Allah versin!»

Əməkdar artist Elza Seyidcahan illər əvvəl Xalq artisti Aygün Kazımova ilə açılışlardan birində yaşanan qalmaqaldan bəhs edib.

Müğənni bu barədə "Dəyişən cavab" verilişində Anar Ağakişiyevin suallarını cavablandırarkən danışıb. O, illərdir dillərdən düşməyən "Mənə tortu Allah versin" sözünə aydınlıq gətirib:

"Onu İlhamə Quliyeva öyrətmişdi. Demişdi ki, Elzaya tort vermə. Diqqətçil, ayıq insanam. Arzu edirəm ki, mənə tort verməyən, övlad toyunda tort kəssin, hamıya paylasın. Şükür, balalarımın toyunda, nəvələrimin ad günündə tort kəsmişəm. Ona da bunu diləyirəm. Mənə haqsızlıq edənləri bağışlayıram, unuduram. Tapançanı başıma dirəsəydilər mən elə etməzdim. Sən nə qədər acizsən ki... Nədən qorxursan? O hərəkəti heç vaxt etməzdim. Cavab verdim ki, "Tortu mənə Allah versin". İndi məzəyə çeviriblər. Məzə deyildi, başa düşən üçün cavab idi. Allahdan arzu edirəm ki, mənə gətirilən o tortlardan mənə qarşı haqsız olan, sevməyən insanlara versin".

 

İLTİFAT