SON DƏQİQƏ:

KXDR BMT-dən NARAZIDIR

  21592   |  
Şriftin ölçüsü  

Koreya Xalq Demokratik Respublikasının xarci işlər naziri Ço Çxol Su, BMT -in ölkəsinə qarşı ikili standartlarla yanaşdığını bəyan edib.
 

Ço Çxol Su BMT Təklükəsizlik Şurasının Şimali Koreyanın ballistik raket sınağına görə iclas çağırmasına münasibət bildirib. Onun sözlərinə görə, ABŞ-ın, Böyük Britaniyanın, Fransanın ballistik raketlərin sınaqlarına qarşı BMT TŞ -sı nə vaxtsa iclas çaxırmır. 
 

"Bir çox dövlətlər hərbi gücünü möhkəmləndirmək üçün müxtəlif raket sınaq atışları həyata keçirir, yalnız bizim müdafiə xarakterli sınaqlarımız sual doğurur və şübhə altına alınır"- deyə Şo Çxol Su bildirib.
 

Bu günlərdə məlum olub ki, bir neçə Qərb dövlətləri 30 mart tarixində Şimali Koreyanın ballistik raketlərinin sınaqdan keçirməsi ilə bağlı BMT TŞ -nın bağlı müzakirə aparmasını tələb edib.
 

ABŞ prezidenti Co Bayden bəyan edib ki, KXDR vəziyyətin gərginləşdirilməsinə cəhd edəcəyi təqdirdə ona cavab veriləcək. O, eyni zamanda Pxenyanla danışıqlara hazır olduğunu da qeyd edib.
 

Rusiya isə məsələyə münasibət bildirərək bəyan edib ki, bu sınaqların keçirilməsi onlar üçün heç bir təhlükə yaratmır. 
 

KXDR bu sınaqların Yapon dənizində Cənubi Koreya hərbi qüvvələri ilə birlikdə təlimlər keçirən ABŞ hərbi qüvvələrinin ölkələrinə təhlükə yarada biləcəyini və təhlükəsizliklərini qorumaq üçün aparıldığını bildirib.

Mehriban Cəfərova

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-06-23

Video

Yazarlar

MARAQLI

DÜNYA

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Azərbaycanda futbol var?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Zahid Oruc Brüsseldə oteldə istirahət edir.

Qəflətən yaylım atəşi açılır, ardınca ikinci, üçüncü...

Zahid müəllim həyəcanla vestübülə düşür və otelin işçilərindən nə baş verdiyini soruşur. Otelin administratoru:

- Ser, ABŞ prezidenti Co Bayden Brüsselə gəlib, ona görə atırlar.

Zahid müəllim təəcüblə:

- Nədi, birinci dəfədən vura bilmədilər?

ARXİV

TƏQVİM

FACEBOOK