SON DƏQİQƏ:

Könül Nurullayeva Keşlə qəsəbəsində sakinlərlə görüşüb - FOTOLAR

  9714   |  
Şriftin ölçüsü  

Milli Məclisin deputatı Könül Nurullayeva Nizami rayonu sakinləri ilə səyyar qəbulları davam etdirir. Növbəti qəbul Keşlə qəsəbəsində baş tutub. Qəbul zamanı millət vəkili Keşlə qəsəbəsi A.Mirzəyev, N. Abdullayev, M.H. Kazımov və Davud Aslan küçələrində yaşayan sakinlərlə görüşüb, onları narahat edən məsələlərlə maraqlanıb. Seçiciləri narahat edən problemlərin müvafiq qurumlara ünvanlanması üçün qeydiyyat aparılıb.

K. Nurullayevanın Deputat Qərargahından verilən məlumata görə, Keşlə qəsəbəsi sakinlərini ən çox narahat edən məsələlər M.Ə Sabir küçəsində yolun genişləndirilərək tıxacın aradan qaldırılması, təhlükəsizliyin təmin olunması məqsədilə yüksək gərginlikli elektrik xətlərinin yeraltına keçirilməsi, məhəllələrdə su xətlərinin çəkilməsi, məhəllələrin asfalt örtüyünün yenilənməsi və zəif sürətli internet xəttinin təkmilləşdirilməsi ilə bağlı olub.

K. Nurullayeva bildirib ki, karantin rejiminin qaydaları çərçivəsində sakinlərlə səyyar görüşlər bundan sonra da davam etdiriləcək.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-04-21

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
March: 30,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

İşğaldan azad olunmuş torpaqlara qayıtmaq istəyirsinizmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Futbol üzrə Avropa çempionatının qrup mərhələsi. Portuqaliya  -Azərbaycan. Oyunun 17-ci dəqiqəsi, hesab 2 -0 -dı, Ronaldo vərimə zərbəsi vurmağa hazırlaşır. Baş məşqiçi Brayze oyunçulara tapşırıqlarını verir, yığmamızınoyunçuları cərimə meydanşadında canlı sədd qurublar,  hamı topa baxır, Bədavi Hüseynov əksinə öz qapımıza baxır.

Kapitan Maksim Medvedev:

- Bədavi hara baxırsan? üzünü çevir.

Bədavi:

 - Siz hara baxırsınız -baxın, mən qolu görmək istəyirəm.

ARXİV

TƏQVİM

FACEBOOK