adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
04 Mart 2021 23:31
19424
SİYASƏT
A- A+

Sahibə Qafarova türkiyəli həmkarına başsağlığı verib

Martın 4-də Milli Məclisin sədri Sahibə Qafarova öz "Twitter" səhifəsində Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntopa başsağlığı verib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Adalet.az-a verilən məlumata görə, parlamentin sədri Türkiyənin Bingöl istiqamətindən Tatvana gedən və əsgərləri daşıyan helikopterin qəzaya uğraması nəticəsində 9 əsgərin şəhid olmasından kədərləndiyini bildirib, qardaş Türk xalqına və şəhidlərin ailələrinə başsağlığı verib, yaralılara Allahdan şəfa diləklərini ifadə edib.