SON DƏQİQƏ:

Başımda 9 qəlpə var idi, yeddisini çıxarıblar, ikisi qalıb - Sumqayıtlı qazi

  10332   |  
Şriftin ölçüsü  

Mənim üçün artıq Almaniyadan protez ayaqlar sifariş olunub. Martın 15-dən sonra məni protez taxmağa hazırlıq üçün müalicəyə çağıracaqlar, ondan sonra beldən bağlanan ayaq protezi taxılacaq. Reabilitasiyadan sonra artıq barmaqlarım da işləməyə başlayıb. Dövlətin qazilərə göstərdiyi yardımdan razıyam. Bizim müalicəmizə göstərdiyi diqqətə görə ölkə başçısına təşəkkür edirəm.

Bunu Trend-ə Prezident İlham Əliyev tərəfindən “Cəsur döyüşçü” və “Qubadlının azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” medallarla təltif olunan, sumqayıtlı Vətən müharibəsi qazisi Camal Alxasov deyib.

Onun sözlərinə görə, müharibədə aldığı xəsarətlər nəticəsində iki ayağı amputasiya edilib, sağ qolu sınıq olduğu üçün ona aparat taxılıb:

"Reabilitasiyadan sonra bu aparat qolumdan çıxmalıdır, qolumda 5-6 sm vətər çatmır, onu tikməlidirlər. Sağ əlimdə 2 barmağım işləmir, fizioterapiya olunub açılmalıdır. Sol əlimdə bir barmağım yoxdur. Başımda 9 qəlpə var idi, 7-sini çıxarıblar, ikisi qalıb. 2 qəlpə belimdədir. Başımdakı qəlpələrin çıxarılması təhlükəli olduğü üçün onları çıxarmadılar. Qolumda və ayağımda isə daha iki qəlpə var. Onların heç biri çıxarılmadı".

Keçdiyi döyüş yolu haqqında danışan C.Alxasov qeyd edib ki, oktyabrın 31-də Qubadlı döyüşlərində alınmış erməni postunda minaatan mərmisi ilə vurulub:

"Hərbi hissədə maşın sürürdüm, döyüş zamanı biz silah-sursat, yemək daşıyırdıq. Erməni postunda qalan maşının dalınca gedəndə yaralandım. Ermənilərdən alınmamış bir təpə qalmışdı, oradan bizi görüb vurdular. Minaatan mərmisi maşının düz qabağına düşdü. Həmin vaxtı gözümdən və qolumdan yaralandım. İkinci mərmi düşəndə heç nə olmadı. Biz həmin vaxt olduğumuz yerdən postun zirzəmisinə qaçırdıq. 2 nəfər posta girdi. Üçüncü mərmi atılanda da heç nə olmadı. Mən posta 10 metr qalmış dördüncü mərmi atıldı. O zaman arxamda partladı. Onda artıq ciddi yaralandım. Mərminin dalğası məni göyə tulladı. Ayaqlarımın artıq kəsildiyini onda gördüm. Çox qan itirdiyim üçün gözlərim kor olmuşdu. Bəxtim gətirmişdi ki, şah damarımı qəlpə yandırmışdı. 3 saat zirzəmidə qaldıq. Çünki dayanmadan mərmi atıldığı üçün əraziyə heç bir maşın girə bilmirdi. Sonra uşaqlar məni sürüyüb oradan çıxartdılar. Qubadlının Xanlıq kəndində 7 saat həkim Çobanov məni əməliyyat etdi. Ayaqlarımı tikəndən sonra Füzilinin diaqnostika mərkəzinə göndərdilər, orada mənə qan köçürüldü. Daha sonra isə Bakıda Hərbi Hospitala göndərdilər. 84 gün orada yatdım".

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-04-11
2021-04-10

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
April: 10, 08, 06, 03, 01,
March: 30, 20, 18, 16, 13,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

İşğaldan azad olunmuş torpaqlara qayıtmaq istəyirsinizmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Aqil Abbas Vəli Xramçaylıya: 
 - Vəli,  xeyir ola,  kefin yuxarıdı? 
Vəli:
 - Hə qağa, dünən bayramııydı dana, evin yaxınlığındakı marketdən 1 litirlik araq aldım ki, evdə yüz-yüz vuraram. Marketdən çıxanda fikirləşdim ki, ayə birdən yolda yıxılaram, araq düşüb qırılar. Butulkanı açıb, çəkdim başıma, hamısını içdim. İnaneyrsanmı qardaş, yaxşı ki, ağlıma gəldi  hamışını içdim.  Evə çatana qədər düz yeddi dəfə yıxılmışam.
 

ARXİV

TƏQVİM

FACEBOOK