adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
03 Mart 2021 18:21
18509
SİYASƏT
A- A+

“Bir çox ölkələr ordumuzun döyüş təcrübəsini öyrənir” - Müdafiə Naziri

Ordumuzun Vətən müharibəsində qazandığı döyüş təcrübəsi bir çox dünya ölkələrinin orduları və beynəlxalq hərbi ekspertlər tərəfindən öyrənilir.

Adalet.az xəbər verir ki, bunu müdafiə naziri, general-polkovnik Zakir Həsənov martın 3-də Azərbaycanda rəsmi səfərdə olan Pakistan İslam Respublikasının Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Nadim Razanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə deyib.

Müdafiə naziri qeyd edib ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin komandanlığı altında Vətən müharibəsi Azərbaycan Ordusunun şanlı qələbəsi ilə başa çatıb və torpaqlarımız işğaldan azad edilib.

Daha sonra nazir qonağa Azərbaycan Ordusu tərəfindən keçirilmiş uğurlu hərbi əməliyyatlar haqqında məlumat verib.

Azərbaycan-Pakistan hərbi əməkdaşlığının inkişaf etməsindən məmnunluğunu ifadə edən general-polkovnik Z.Həsənov Azərbaycanın ədalətli mövqeyini bütün səviyyələrdə, o cümlədən beynəlxalq təşkilatlarda dəstəklədiyinə, həmçinin ölkəmizə göstərilən humanitar yardıma və mənəvi dəstəyə görə Pakistan rəhbərliyinə və xalqına minnətdarlığını ifadə edib.