adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
02 Mart 2021 19:00
19164
DÜNYA
A- A+

Solovyov Paşinyanı ələ saldı

Tanınmış rusiyalı teleaparıcı Vladimir Solovyov Ermənistan rəhbərliyini lağa qoyub.

Azvision.az xəbər verir ki, o, baş nazir Nikol Paşinyanın “İsgəndər” raketi ətrafında yaratdığı qalmaqala və bundan sonra ölkədə yaşananlara münasibət bildirib.

Solovyov Paşinyana söz ataraq deyib: “Mən hələ belə bir şey görməmişdim ki, “İsgəndər” raketindən istifadə edilməsi nəticəsində ölkələrdən birinin baş naziri “xəsarət” alsın. Hətta onun üzr istəməsi belə baş nazirə kömək etmir”.