SON DƏQİQƏ:

Ermənilər Amaras monastrını ziyarət etdilər

  9052   |  
Şriftin ölçüsü  

Rusiya sülhməramlılarının müşayiəti ilə Dağlıq Qarabağda 30-a yaxın erməni zəvvar Amaras monastırını ziyarət edib.

Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatının icrası çərçivəsində, sülhməramlılar Dağlıq Qarabağda dinc həyatın bərpasına kömək göstərməyə davam edirlər. Rus sülhməramlıları Xankəndi şəhərindən Amaras monastırına və geri qayıdan erməni zəvvarların təhlükəsizliyini təmin edib.

"Rusiya və Azərbaycan prezidentlərinin, Ermənistanın baş nazirinin birgə bəyanatında göstərilən razılaşmalara uyğun olaraq, 10 noyabr 2020-ci il tarixində Moskva vaxtı ilə saat 00:00-dan etibarən tamamilə atəşkəs elan edildi və Dağlıq Qarabağdakı bütün hərbi əməliyyatlar dayandırıldı. Rusiya sülhməramlı kontingenti Dağlıq Qarabağdakı atəşkəsə və hərbi əməliyyatlara nəzarət etmək üçün yerləşib. Rus sülhməramlıları qaçqınların təhlükəsiz qayıtmasını və Dağlıq Qarabağdakı atəşkəs rejimini təmin edirlər", - deyə məlumatda vurğulanıb.(azvision.az)
 

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-04-10
2021-04-09

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
April: 10, 08, 06, 03, 01,
March: 30, 20, 18, 16, 13,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

İşğaldan azad olunmuş torpaqlara qayıtmaq istəyirsinizmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Aqil Abbas Vəli Xramçaylıya: 
 - Vəli,  xeyir ola,  kefin yuxarıdı? 
Vəli:
 - Hə qağa, dünən bayramııydı dana, evin yaxınlığındakı marketdən 1 litirlik araq aldım ki, evdə yüz-yüz vuraram. Marketdən çıxanda fikirləşdim ki, ayə birdən yolda yıxılaram, araq düşüb qırılar. Butulkanı açıb, çəkdim başıma, hamısını içdim. İnaneyrsanmı qardaş, yaxşı ki, ağlıma gəldi  hamışını içdim.  Evə çatana qədər düz yeddi dəfə yıxılmışam.
 

ARXİV

TƏQVİM

FACEBOOK